Türkiyə Superliqasının 5-ci turu qalmaqalla başa çatıb. Qol.Az-ın məlumatına görə, ötən axşam keçirilən "Qaziantepspor" - "Bursaspor" matçı yarımçıq dayandırılıb. Antepdəki "Kamil Ocak" stadionunda keçirilən matç meydana atılan əşyalar səbəbindən başa çatdırılmayıb. İlk yarısı qolsuz tamamlanan qarşılaşmanın 56-cı dəqiqəsində son ölkə çempionu "Bursaspor"un üzvü Ömer Erdoğan başla fərqlənərək hesabı açıb. Bu qolun ardınca tribunalarda qarışıqlıq düşüb və azarkeşlər meydana yad əşyalar atmağa başlayıb. Belə əşyalardan biri yan xətt hakimi Müharrem Yılmazın başına dəydiyi və onu yaraladığı üçün baş hakim Dəniz Çoban qarşılaşmanı dayandırıb. TFF nümayəndəsi ilə vəziyyəti müzakirə edən referi bir qədər gözlədikdən sonra paltardəyişmə otağına yollanıb. Azarkeşlər bu zaman da sakitləşməyərək, əllərinə keçəni meydana atıblar.
İndi Qaziantepdə baş verənlərə Türkiyə Futbol Federasiyasının Nizam İntizam Komitəsi aydınlıq gətirəcək. Qurumun meydan sahiblərinə texniki məğlubiyyət və pul cəriməsi verməsi, həmçinin stadionu cəzalandırması gözlənilir. Onu da əlavə edək ki, bu turun digər oyunları əvvəlki günlərdə baş tutmuşdu.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi