“Bu gün “Bakı” çox gözəl komanda olsa da, orada klub prezidenti Hafiz Məmmədovun əməyini itirirlər. Almaniyalı Vinfrid Şefer bəlkə futbolçu kimi güclü olub, amma o, baş məşqçi kimi komandanı qaldıra bilmir”. Qol.Az-ın məlumatına görə, bu sözləri Lent.az-a açıqlamasında veteran futbolçu Oqtay Abdullayev deyib. “Neftçi” Veteranları Futbol Klubunun prezidenti kimi digər veteran futbolçular adından çıxış edən Abdullayevin fikrincə, Şefer “Bakı”nın prezidenti Hafiz Məmmədovun klub üçün çəkdiyi əziyyətin qarşılığını verə bilmir: “Bu klub bir ildir yaranmayıb, neçə illərdir ki, fəaliyyət göstərir. Azərbaycan çempionluğu və kubokunu qazanıb, Avropa kuboklarında çıxış edib. “Bakı”ya gələn yeni baş məşqçi onu nəinki zəiflətməli, əksinə, komandanın ənənələrini daha da inkişaf etdirməlidir. Orada Şefer üçün elə şərait yaradıblar ki, o, kluba gözüyumulu uğurlar qazandırmalı idi. Lakin bu, onda alınmır”.
Abdullayev bildirib ki, “Bakı” da “Qarabağ” və “Neftçi” nümunəsindən yararlanarsa, mövqeyini yüksəldə bilər: “Hazırda “Qarabağ”da Qurban Qurbanov, “Neftçi”də Arif Əsədov azərbaycanlı baş məşqçidirlər, heyətlərində də çoxlu sayda azərbaycanlı var. Eyni üsuldan “Bakı”da da yararlansalar, klubu yüksək mövqelərə qaldıra bilərlər. Düzdür, biz “Neftçi” klubunun veteranlarıyıq, amma “Bakı”nı da Azərbaycan futbolunun bir hissəsi sayırıq. İstərdik ki, bu klub da güclənsin və son nəticədə futbolumuzun inkişafına töhfə versin”.
Veteran futbolçu, həmçinin bildirib ki, “Bakı”da yerli futbolçuların sayı çoxalmalı, onlara daha çox üstünlük verilməlidir: “Yerli oyunçuların sayı nə qədər çox olarsa, milli komandaya da müsbət təsir göstərər. Həm də əvvəl-axır “Bakı” Azərbaycanlı oyunçuların sayəsində inkişaf etməlidir. Düzdür, legionerlər də lazımdır. Amma yerli oyunçulara daha çox üstünlük verilməlidir”.
Qeyd edək ki, futbol üzrə Unibank Premyer Liqasında 6 turdan sonra “Bakı” 5 oyuna 5 xalla 7-ci pillədə qərarlaşıb. Komandanın ehtiyatda “Qarabağ”la təxirə salınmış oyunu var”.
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır
Argentina dünya çempionatı bitənə qədər cəzalandırılmayacaq
15 yaşlı qazaxıstanlı futbolçu “Barselona”da
“Zirə” - “Torpedo” matçının heyətləri açıqlandı
"Arsenal" ən məhsuldar oyunçunu hədəfə aldı
FİFA-dan DÇ-2026 finalı ilə bağlı yeni plan
Kukurelladan mundialla bağlı maraqlı vəd
Tuxel qalır, yoxsa gedir?
"Kəpəz"dən növbəti transfer
Mariana Vasilevaya yeni vəzifə verildi - Şəkil
Messi: "Əgər İngiltərəyə uduzsaydıq..."
"Araz-Naxçıvan"da yeni hücumçu
DÇ-də siyasi banner qalmaqalı: Argentina cəzalandırıla bilər
"Sumqayıt" - "Qəbələ" oyununun vaxtı dəyişdirildi
“Qarabağ”ın oyununun yayımı sual altında - Açıqlama
"Şamaxı" gürcüstanlı futbolçu transfer etdi
Tuxel: "Heç nəyə görə peşman deyiləm"
Tarixdə ilk
Azərbaycan millisi İngiltərəyə qalib gəldi
Bellingem rəqibin başına qapaz vurdu - Video
"İmişli" klubunun yeni loqosu təqdim olunub
Azərbaycan Premyer Liqa klubu onunla yolları ayırdı
Argentinanın qələbəsi, İngiltərənin vidası - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Argentina DÇ-2026-nn finalında - Yenilənib
Keyn Runini geridə qoydu
İngiltərə uğurlu seriyasını qoruya biləcək?
"Argentina ilə gərgin və emosional mübarizəyə hazırıq"
"Heyətdə dəyişikliklər ola bilər" - Qurban Qurbanov