Milli komandanın sabiq qapıçısı Cahangir Həsənzadə «Terek»in əvəzedici komandasından dəvət alıb. Qol.Az saytının əldə etdiyi məlumata görə, C.Həsənzadəyə Qroznı klubunun azərbaycanlı baş məşqçisi Şahin Diniyev şəxsən təklif göndərib. Əlcək sahibi saytımıza verdiyi açıqlamada məsələyə münasibət bildirib: «Bir ay bundan öncə bununla bağlı Şahin Diniyevlə söhbətim olmuşdu. Amma hansısa konkret bir razılıq əldə olunmadı. Hazırda isə Şahin müəllimin məni «Terek»ə aparıb-aparmayacağını deyə bilmərəm. Hələ ki, gözləyirəm».
Qeyd edək ki, Şahin Diniyev milli komandanın baş məşqçisi olan zaman Cahangir Həsənzadə komandanın əsas qapıçısı olub.
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi