"Bu gün oyundan 3 xalla ayrılmaq istəyirdik, amma təəssüf ki, alınmadı”. Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov söyləyib.
Bu gün Unibank Premyer Liqasının 6-cı turu çərçivəsində AZAL-la qolsuz heç-heçəyə razılaşdıqları qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında ağdamlıların çalışdırıcısı daha sonra bunları vurğulayıb: “AZAL komandası həqiqətən nəticəyə oynamağı bacarır və bugünkü oyunda da bunu göstərdi. Topla çox gözəl rəftar edir və topu özlərində saxlamaqla oyunun tempini aşağı salmağı bacarırdılar. Mənə elə gəlir ki, bu, baş məşqçinin göstərişi idi ki, imkan daxilində oyunun tempini aşağı salsınlar. Ardıcıl 2-3 hücüm təşkil etmək olmurdu. Bəlkə də hava şəraiti də sürətli oyuna mane oldu. Qol imkanlarından istifadə edə bilmədik. Futbolçularıma fasilədə də tapşırmışdım ki, özlərini toparlasınlar və soyuqqanlı olsunlar. Komandamda bir az eniş hiss olunur, əsas odur ki, eniş çempionatın sonunda olmasın. Get-gedə hər şey qaydasına düşəcək. Növbəti turlara daha ciddi hazırlaşacağıq. Hesab edirəm ki, bu gün ədalətli nəticə oldu".
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil