Artıq neçə ildir ki, sıravi azarkeşlər Azərbaycan dövlətinin futbola olan özəl qayğısının bəhrəsini görmək həsrətiylə alışıb yanırlar. Amma görünür, bu qayğıdan sui-istifadə edib ciblərini dolduran bir çox klub rəhbəri üçün nə azarkeşlər maraqlıdır, nə də futbol. Çempionluğu son turda möcüzə sayəsində qazanan «İnter» klubu Valentin Belkeviç kimi bir vaxtlar MDB səviyyəsində tanınan bəzi veteran futbolçuları transfer etməklə bəlkə də «bunlar işləyir» tipli süni təriflərə «qonaq oldu». Amma kimlərinsə gözündən pərdə asmaqla uzağa getmək olmur.
Çempionlar liqasındakı uğursuzluqdan sonra «Birlik kuboku» kimi səviyyəsiz turnirdə dalbadal üç il finala çıxan klublarımızdan fərqli olaraq, «İnter» suyu sözülə süzülə vətənə dönməli oldu. Heyətində cəmi 2-3 azərbaycanlı saxlayan çempionun futbolumuzun inkişafına necə xidmət etdiyi sual doğurur. Əslində, burda suallıq da bir şey yoxdur. «İnter»də Elvin Məmmədov, Cavid Hüseynov, Asif Məmmədov kimi futbolumuzun ümidləri sayılan gənclər ehtiyatda qalmaqla məhv edilirlər. «İnter»in heyətində ehtiyat oyunçular skamyasında saxlanılan milli komandamızın keçmiş üzvü Mahmud Qurbanov «Bakı»ya keçməklə futbolçu karyerasını vaxtından əvvəl bitirməyinin qarşısını aldı. Təccüblü görünən başqa bir məqam odur ki, saysız hesabsız legionerlərə qucaq-qucaq pul xərcləyən klub daha sonra bu futbolçuları da ehtiyatda «çürüdür». Sözsüz ki, əgər heyətin 25 üzvündən iyirmisi legionerdisə, onların hamısı meydançada ola bilməz. Yəqin ki, hamı büdcəsi «İnter»dən qat-qat azlıq təşkil edən (cəmi 2 milyon avro) və heyətində iki cüt, bir tək legioneri olan Belarus BATE-sinin Çempionlar liqasındakı uğurlu çıxışından xəbərdardır. BATE-nin ÇL-də Belarusa məcburən gətirdiyi klubları «İnter» xahiş-minnətlə, yüzminlərlə avro xərcləməklə Bakıya dəvət etmək istəyir. Bu israfçılığa gərək varmı? Bu legioner yığını beynəlxalq arenada üzüqaradısa, onda niyə öz futbolçularımız çıxıb uduzub təhrübə qazanmasın? Kimə lazımdı bu qədər yararsız legionerlər? Əlbəttə, onların transferlərindən qazanc götürənlərə! Onların məntiqincə, azərbaycanlı futbolçular birinci dəstədə oynaya, ehtiyat oyunçular skamyasında da otura bilərlər.
Görünür, bu adamların yeganə bir məqsədi var: Azərbaycan futboluna ayrılan paraları müvəffəqiyyətlə «rahat hülqum» etmək! Azarkeşlərə isə ac qarınların və ac gözlərin doymasını gözləməkdən başqa çarə qalmır. Bu qarınlar doysa da gözlər heç vaxt doymayacaq, cənablar!
KAMAL
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Rui Jorjenin köməkçiləri açıqlandı
"Kütləvi şəkildə milliləşdirmə olmayacaq" - Sərxan Hacıyev
"Barselona" prezidentliyinə namizəd: "Nəticə utancvericidir"
"Liverpul" - "Qalatasaray" matçının hakimləri bilindi
Misli Premyer Liqasında 6 oyunun saatı məlum oldu
Tite istefaya göndərildi
Yarımfinalda ilk oyunların vaxtı açıqlandı
"Şamaxı" üçün ikiqat yubiley
16 yaşında Premyer Liqa rekordu qırdı
Emin Mahmudov "Neftçi"nin tarixinə belə düşdü
Musa “100”ə çatdı
Eşli Koul baş məşqçisi təyin edildi