Unibank Premyer Liqasının 6-cı turu ölkə çempionatında növbəti qalmaqalla yadda qaldı. Qol.Az-ın məlumatına görə, bu gün yekun vurulacaq turun ilk oyun günündə baş tutan “Muğan” - “Xəzər Lənkəran” görüşünü idarə edən baş hakim Anar Salmanov Salyanda söyüş və hücuma məruz qalıb. Buna səbəb isə onun qarşılaşmanın gedişində bəzi mübahisəli qərarlar verməsi olub. Məsələn, oyunun əvvəllində cərimə meydanında yerə yıxılan qonaq komandanın üzvü Stelian Stankuya qarşı kobudluğa görə penalti gözləyənlər referinin tam fərqli qərarının şahidi oldular. Salmanov 11 metrlik nöqtəni göstərmək əvəzinə rumıniyalı legionerə sarı vərəqə göstərdi. Matçın ikinci hissəsində “Muğan”ın futbolçusu zədələnərək, yerdə qalmasına baxmayaraq, hakim oyunu davam etdirdi. “Xəzər Lənkəran” futbolçuları isə topu meydançadan çölə çıxarmadı. Bu vaxt salyanlı azarkeşlər baş hakimin ünvanına kəskin söyüşlər yağdırmağa başladı. Matçın sonlarında isə Salmanov Uinston Parksın qapıçı ilə təkbətək çıxmasının qarşısını kəsdi. O, buna qədər Emeka Oparanın əllə oynadığına işarə etdi. Onun oyunn gedişində sarı vərəqələri sağa-sola xərcləməsi də azarkeşləri özündən çıxarmaya bilməzdi. Məhz bu üzdən hər iki komandanın tərəfdarları Salmanovu kəskin söyüşlərlə tənqid etməkdən çəkinmirdi. Görüş başa çatdıqdan sonra isə fanatlardan biri hətta meydançaya soxulub, baş hakimi döyməyə də çalışdı. O, Salmanovun üzərinə yeriyərək, baş hakimlə haqq-hesab çəkmək istəsə də, həmin azarkeşin qarşısını polislər aldı.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil