Türkiyə Superliqasında 5-ci tur çərçivəsində növbəti oyunlar keçirilib. Qol.Az-ın məlumatına görə, dünən gecə baş tutan ikinci oyun günündə 4 qarşılaşma baş tutub. Millimizin kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu “Eskişəhərspor” səfərdə “Sivasspor”la xalları yarı bölüb. Cari mövsümə heç də pis başlamayan, hətta “Fənərbaxça”nı da devirən “Kayserispor” isə “Antalyaspor” səfərində ilk yenilgisini alıb. “Ankaragücü” isə “Kasımpaşa” üzərində 3 cavabsız qolla rahat qələbə qazandı. Bunda rəqib komandanın iki oyunçusunun qırmızı vərəqə ilə cəzalanmasının da böyük rol oynadığını vurğulayaq. Nəhənglərdən isə “Qalatasaray” “Bucaspor” səfərindən Ayhan Akmanın yeganə qoluyla 3 xalla dönməyi bacardı.
Qeyd edək ki, turun açılış oyununda iddialılardan sayılan “Trabzonspor” doğma meydanda “Manisaspor”u qəbul etmişdi. Lakin Şenol Günəşin komandası bu qarşılaşmada gözlənilməz məğlubiyyətlə üzləşib. Daha üstün futbol sərgiləyən manisalılar cari mövsümdə ilk qələbəsini rəsmiləşdiriblər.
Hesabat turuna bu gün və sabah keçiriləcək oyunlarla yekun vurulacaq.
Türkiyə Superliqası
5-ci tur
17 sentyabr
“Trabzonspor” – “Manisaspor” – 1:3
Qollar: Selcuk İnan, 9 – Makukula, 41; 69. Simpson, 45.
18 sentyabr
“Ankaragücü” – “Kasımpaşa” – 3:0
Qollar: Metin Akan, 45. Marek Sapara, 58-pen. Luis Santos, 67-öz qapısına.
Matçın 56-cı dəqiqəsində “Kasımpaşa”nın oyunçularından Bebbe, 81-ci dəqiqədə isə Sancak Kaplan qırmızı vərəqə ilə cəzalanıb.
“Sivasspor” – “Eskişəhərspor” – 1:1
Qollar: Ceyhun Eriş, 25 – Adem Sarı, 90+3.
“Antalyaspor” – “Kayserispor” – 2:1
Qollar: Serce Djiehoua, 15. Sedat Ağçay, 59 – Marselo Zalayeta, 42.
“Bucaspor” – “Qalatasaray” – 0:1
Qol: Ayhan Akman, 69.
19 sentyabr
21:00. “Karabükspor” – “Gənclərbirliyi”
23:00. “Fənərbaxça” – “Beşiktaş”
23:30. “İstanbul BB” – “Konyaspor”
20 sentyabr
23:00. “Qaziantepspor” – “Bursaspor”
Kapitan 100-ü yarıladı
FİFA qadağanı ləğv etdi
Neymar əməliyyat olundu
"Sabah"ı liderliyə yüksəldən əzmkar qələbəsi - Video
PSJ baş məşqçisi ilə ömürlük müqavilə imzalayır?
"Qış çempionluğu medal qazandırmır" - Valdas Dambrauskas
Benzema Pikassonun milyon avroluq tablosunu aldı
Misli Premyer Liqasında 1 aylıq fasilə başladı
"Sabah"dan böyükhesablı qələbə, qış çempionu oldular
Neymar karyerasının həlledici qərarını verəcək
Bundesliqada il ərzində liderlikdən düşmədilər
A Seriyasında Avstraliya planı təxirə salındı
"Mançester Yunayted" geri addım atdı
Enrike, Mareska, Flik...
"Fənərbaxça"ya transferi gərçəkləşmək üzrədir
"Sumqayıt" - "Sabah": Heyətlər
Qallaher, yoxsa Neves?
“Qəbələ”nin qış hazırlıq planı bəlli oldu
"Qaradağ Lökbatan" 13 qolla qalib gəldi
"Barselona"dan uğurlu seriya
"Milan" bu transferi həll etdi
"Mançester Yunayted"lə oyunda 111 illik rekord təkrarlandı
1-ci liqada həftənin hakimləri məlum oldu
Dani Alveş Portuqaliya klubunu alır
2-ci liqada 6 oyunun hakimləri açıqlandı
"Real" azarkeşləri: Vinisius getsin!
“Kəpəz” iki legioneri göndərdi