Madriddə “Barselona” oyunu ərəfəsində Aquero şoku

Madriddə “Barselona” oyunu ərəfəsində Aquero şoku
XƏBƏR 18 Sentyabr 2010 / 21:10 2134
-  A +

İspaniya La Liqasında sabah oynanılacaq “Atletiko” (Madrid) – “Barselona” matçı çox maraqla gözlənilir. Lakin madridlilər oyun ərəfəsində zədəli oyunçularla bağlı problem yaşayır. Belə ki, “Atletiko”nun argentinalı ulduzu Serxio Aqueronun sabahkı qarşılaşmada forma geyib-geyməyəcəyi müəyyən deyil. Qol.Az-ın İspaniya mətbuatına əsasən verdiyi məlumata görə, Aqueronun vəziyyəti matçdan öncəki testlərdə dəqiqlik qazanacaq. Ötən həftə La Liqa qarşılaşmasında zədələnən argentinalı hücumçu Avropa liqasının qrup mərhələsindəki ilk qarşılaşmada komandasına kömək edə bilməmişdi. İspaniyanın AS qəzetinin yaydığı xəbərə əsasən, hazırda Aqueronun vəziyyəti getdikcə yaxşılaşır və həkimlər ciddi cəhdlə onu “Barselona” matçı üçün hazır vəziyyətə gətirmək istəyir. Bununla belə, matçdan bir neçə saat əvvəl Aquero yoxlamadan keçəcək və bu testlərin nəticəsinə görə qarşılaşmada iştirak edib-etməyəcəyi müəyyənləşəcək. Əgər onun durumu tam yaxşı, 90 dəqiqə oynamağa imkan verən səviyyədə olmasa, Aquero matça ehtiyat oyunçular skamyasında başlayacaq. Aquero ilə yanaşı Madrid komandasında daha bir itki mövcuddur. Bu, sol cinah müdafiəçisi Felipedir. Bu futbolçunun isə qarşılaşmada forma geyməyəcəyi artıq dəqiqləşib.


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?