İtaliyanın A Seriyasının əsas komandalarından olan “Roma”nın rəhbərliyi Klaudio Ranyeriylə müqaviləni yeniləmək niyyəti ilə baş məşqçiylə danışıqlara başlamışdı. Ancaq son uğursuzluqlardan sonra bu məsələ ilə bağlı işlər dayandırılıb. Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, həm İtaliya çempionatında, həm də Çempionlar Liqasında alınan uğursuz nəticələr sayəsində rəhbərlik məşqçinin müqaviləsini yeniləməkdən boyun qaçırır. Xüsusilə də A Seriyasında alınan biabırçı məğlubiyyətdən (1-5) sonra narahatlıqlarını dilə gətirən klub rəhbərliyi, “Bavariya”ya da uduzduqdan sonra Ranyerinin komandada qalmasına müsbət baxmır. Bununla yanaşı, “Roma”nın canlı əfsanəsi, kapitan Françesko Totti ilə də münasibətləri korlanan Ranyerinin müqaviləsinin yenilənməməsində əsas səbəblərdən biri də, onun bir il üçün 2.7 milyon avro tələb etməsidir. Sadalanan bütün bu problemləri nəzərə alaraq, söyləmək olar ki, “Roma”da Ranyeri dövrünün davam etməsi qeyri-mümkün görünür.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil