“Trabzonspor”un dünən Türkiyə Superliqasında “Manisaspor”a 1-3 hesablı məğlubiyyətindən sonra təşkil edilən mətbuat konfransında komandanın baş məşqçisi Şenol Güneş məğlubiyyəti öz üzərinə götürüb və səhvin özündə olduğunu etiraf edib. Qol.Az-ın məlumatına görə, mövsümə çox yaxşı başlayan və ötən həftə “Sivasspor”u 6-1 hesabı ilə məğlub edən “Trabzonspor”da səbəbləri tam bilinməsə də, idarə heyətinin bir neçə üzvü həftə ərzində istefa vermişdi. Məğlubiyyətin bu istefalarla əlaqəsi olmadığını söyləyən Günəş bunları bildirib: “Qalib komandanı dəyişmək istəmədim və görünür ki, yanıldım. Bir neçə dəyişikliklə meydana çıxsaydıq, yəqin ki hesab fərqli olardı. Heç olmasa, meydana fiziki cəhətdən daha dözümlü bir komanda çıxarmaq mümkün idi. İnandığımızı etdik, ancaq nəticə gözlədiyimiz kimi olmadı. Ola bilsin ki, məğlubiyyətdə futbolçularımın da hansısa formada səhvləri var, ancaq buna görə onları müzakirə etmək və günahlandırmaq fikrim yoxdur”.
Xatırladaq ki, hazırda “Trabzonspor”da istefalar davam edir və rəhbərlikdə vəziyyət qeyri-sabitdir. Hər nə qədər də, Şenol Günəş tam məsuliyyəti öz üzərinə götürsə də, bir-birini əvəzləyən istefa xəbərləri futbolçulardan yan ötə bilməz. Rəhbərlikdəki vəziyyət önümüzdəki günlərdə dəqiqlik qazanacaq.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu