“Neftçi”nin və Azərbaycan milli komandasının sabiq futbolçusu Zaur Tağızadə 2010-2011-ci il mövsümü öncəsi “Xəzər Lənkəran”dan aldığı təklifi qəbul etməyib.
Lent.az-ın məlumatına görə, Lənkəran klubu rəhbərliyi ötən mövsüm başa çatdıqdan sonra Tağızadəni “ağ-yaşıl” formada görmək istəyib. Həmin vaxt ulduz futbolçu “Neftçi” rəhbərliyinin məşqçilik təklifi üzərində düşünürmüş. Tağızadə oynamaq istəsə də, flaqmanın baş məşqçisi Arif Əsədov onu futbolçu kimi heyətdə görmək istəmədiyini çatdırıb. Bu zaman 31 yaşlı yarımmüdafiəçiyə “Xəzər Lənkəran”dan sərfəli təklif gəlib. Amma Tağızadə çox düşünmədən təklifdən imtina edib. O, “Neftçi”nin prinsipial rəqibinə keçməkdənsə, sonadək “ağ-qaralar”a sadiq qalmağı üstün tutub.
Xəbəri Zaur Tağızadənin özü ilə dəqiqləşdirmək mümkün olmayıb. Həmin vaxt “Xəzər Lənkəran”ın baş məşqçisi olmuş Ağasəlim Mircavadov və klubun vitse-prezidenti Tuyqun Nadirov isə verdikləri açıqlamada Tağızadənin yayda onların maraq dairəsinə düşdüyünü təsdiqləyiblər.
Ağasəlim Mircavadov bildirib ki, ötən mövsüm yekunlaşdıqdan sonra heyəti komplektləşdirməyə başladıqları vaxt Nadirov ondan “Zaur Tağızadə daha “Neftçi”də oynamayacaq. Onu komandada görmək istəyirsiniz?” deyə soruşub: “Mən isə “Əlbəttə, istərdim” söylədim. Çünki Tağızadənin ayaqlarında hər hansı zədə problemi yoxdursa, fikrimcə, o, Azərbaycan futboluna hələ çox xeyir verə bilər. Hətta yığmamızda da layiqincə çıxış etməyə qadirdir. Sonradan biz Avstriyaya təlim-məşq toplantısına getdik. Başımız Avropa Liqası oyunlarının hazırlıq prosesinə qarışdığı üçün Tağızadə ilə bağlı məsələnin necə sonuclandığından xəbərim olmadı”.
Nadirov isə bildirib ki, məşqçilər heyətinin istəyi əsasında Tağızadənin transferi məsələsi Mircavadovla müzakirə olunub: “Ağasəlim müəllim də Zaurun transferinə razılıq verdi. Amma sonradan eşitdik ki, Tağızadə klubdan tam ayrılmayıb, ona “Neftçi”də məşqçilik təklif etsələr də, konkret cavab almayıblar. Bu səbəbdən, onunla danışıqlara başlamadıq”.
“Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu isə “Xəzər Lənkəran”ın Zaur Tağızadə ilə maraqlandığı haqda heç bir məlumata malik olmadıqlarını bildirib.
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır
Argentina dünya çempionatı bitənə qədər cəzalandırılmayacaq
15 yaşlı qazaxıstanlı futbolçu “Barselona”da
“Zirə” - “Torpedo” matçının heyətləri açıqlandı
"Arsenal" ən məhsuldar oyunçunu hədəfə aldı
FİFA-dan DÇ-2026 finalı ilə bağlı yeni plan
Kukurelladan mundialla bağlı maraqlı vəd
Tuxel qalır, yoxsa gedir?
"Kəpəz"dən növbəti transfer
Mariana Vasilevaya yeni vəzifə verildi - Şəkil
Messi: "Əgər İngiltərəyə uduzsaydıq..."
"Araz-Naxçıvan"da yeni hücumçu
DÇ-də siyasi banner qalmaqalı: Argentina cəzalandırıla bilər
"Sumqayıt" - "Qəbələ" oyununun vaxtı dəyişdirildi
“Qarabağ”ın oyununun yayımı sual altında - Açıqlama
"Şamaxı" gürcüstanlı futbolçu transfer etdi
Tuxel: "Heç nəyə görə peşman deyiləm"
Tarixdə ilk
Azərbaycan millisi İngiltərəyə qalib gəldi
Bellingem rəqibin başına qapaz vurdu - Video
"İmişli" klubunun yeni loqosu təqdim olunub
Azərbaycan Premyer Liqa klubu onunla yolları ayırdı
Argentinanın qələbəsi, İngiltərənin vidası - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Argentina DÇ-2026-nn finalında - Yenilənib
Keyn Runini geridə qoydu
İngiltərə uğurlu seriyasını qoruya biləcək?
"Argentina ilə gərgin və emosional mübarizəyə hazırıq"
"Heyətdə dəyişikliklər ola bilər" - Qurban Qurbanov