Madrid “Real”ının braziliyalı ulduz futbolçusu Kakanın adı transfer söhbətlərinə qarışıb. Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, yanvar ayından etibarən Kaka “İnter”də icarə əsasında oynaya bilər. Artıq İtaliya klubu bu barədə danışıqlara hazır olduğunu dilə gətirib. Məsələ ilə bağlı açıqlama verən “İnter”in prezidenti Massimo Moratti qış transfer pəncərəsində Kakanı icarə əsasında heyətə qatmaq üçün indidən işlərə başladıqlarını bildirib. “Şərtlər həm hər iki klubu, həm də futbolçunu razı salarsa, Kakanı yanvar ayından etibarən icarə əsasında “İnter”də görmək istəyirik. Xroniki zədəsi və ya digər bir problemi yaranmayacağından əmin olduqdan sonra, Kakanı birdəfəlik transfer etmək barədədə düşünəcəyik”.
Xatırladaq ki, Kaka ötən mövsüm 60 milyon avro qarşılığında “Milan”dan Madrid “Real”ına transfer edilmişdi.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər