"Neftçi" klubunun rəsmi jurnalının yeni sayı işıq üzü görüb. Qol.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, jurnalın ideya rəhbəri "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov, baş redaktor Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğludur. Yeni jurnalın əvvəlində ümumilli lider Heydər Əliyevin "Neftçi"yə göstərdiyi diqqət və qayğıdan bəhs edən "Heydər Əliyev və "Neftçi" məqaləsi yer alıb. Dövlət başçısı İlham Əliyevin 2006-cı ildə "Birlik kuboku"nu qazanan flaqman üzvləri ilə görüşü, onlara verdiyi məsləhət və tövsiyələri "Flaqmanın qızıl tarixi" yazısında əksini tapıb. "Futbolumuzun yeni erası" məqaləsində isə Rövnəq Abdullayevin AFFA prezidenti seçilməsindən sonra Azərbaycan futbolundakı inkişaf və yeniliklərdən söz açılır. Jurnalda klub prezidenti Sadıq Sadıqov, futbolçular Paulius Qribauskas və Rəşad Abdullayevin müsahibələri ilə yanaşı, "ağ-qaralar"ın yeni mövsümə hazırlığı, Premyer Liqanın ilk turlarındakı çıxışı, eləcə də uşaq futbolu haqqında məqalələri oxumaq olar. "Neftçi"nin tarixini unutmayan redaksiya heyəti "Rəngarəng tarixin bürünc səhifələri" və Anatoli Banişevskiyə həsr olunmuş "Əfsanəvi "9 nömrə" adlı yazılar da hazırlayıb. "Neftçi"nin yeni jurnalında SSRİ yığmasının korifey qapıçısı Rinat Dasayevlə eksklüziv müsahibə də yer alıb. Jurnalda "ağ-qaralar"ın yeni üzvlərinin təqdimatı və çempionat oyunlarından maraqlı foto-kadrlar verilib. "Neftçi" PFK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentində yığılıb, çapa hazırlanan jurnala poster və DVD-disk də əlavə olunub. DVD-diskdə flaqmanın Premyer Liqanın ilk 5 turunda keçirdiyi oyunlardan ən maraqlı fraqmentlərə, həmçinin Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində "Beşiktaş"la yoldaşlıq görüşünə baxmaq mümkündür. Jurnal sabah Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək MOİK - "Neftçi"qarşılaşmasında futbol ictimaiyyətinin üzvlərinə, KİV nümayəndələrinə, azarkeşlərə təqdim olunacaq. Yeni dizayna malik "Neftçi" jurnalı ayda bir dəfə çap olunacaq.
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır
Argentina dünya çempionatı bitənə qədər cəzalandırılmayacaq
15 yaşlı qazaxıstanlı futbolçu “Barselona”da
“Zirə” - “Torpedo” matçının heyətləri açıqlandı
"Arsenal" ən məhsuldar oyunçunu hədəfə aldı
FİFA-dan DÇ-2026 finalı ilə bağlı yeni plan
Kukurelladan mundialla bağlı maraqlı vəd
Tuxel qalır, yoxsa gedir?
"Kəpəz"dən növbəti transfer
Mariana Vasilevaya yeni vəzifə verildi - Şəkil
Messi: "Əgər İngiltərəyə uduzsaydıq..."
"Araz-Naxçıvan"da yeni hücumçu
DÇ-də siyasi banner qalmaqalı: Argentina cəzalandırıla bilər
"Sumqayıt" - "Qəbələ" oyununun vaxtı dəyişdirildi
“Qarabağ”ın oyununun yayımı sual altında - Açıqlama
"Şamaxı" gürcüstanlı futbolçu transfer etdi
Tuxel: "Heç nəyə görə peşman deyiləm"
Tarixdə ilk
Azərbaycan millisi İngiltərəyə qalib gəldi
Bellingem rəqibin başına qapaz vurdu - Video
"İmişli" klubunun yeni loqosu təqdim olunub
Azərbaycan Premyer Liqa klubu onunla yolları ayırdı
Argentinanın qələbəsi, İngiltərənin vidası - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Argentina DÇ-2026-nn finalında - Yenilənib
Keyn Runini geridə qoydu
İngiltərə uğurlu seriyasını qoruya biləcək?
"Argentina ilə gərgin və emosional mübarizəyə hazırıq"
"Heyətdə dəyişikliklər ola bilər" - Qurban Qurbanov