"Qarabağ" Gerye ilə yolları ayırdı

"Qarabağ" Gerye ilə yolları ayırdı
ÖLKƏ FUTBOLU 31 Yanvar 2021 / 17:30 3522
-  A +

"Qarabağ" futbolçusu Donald Gerye ilə yolları ayırıb.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi Feysbuk səhifəsi məlumat yayıb. Onun müqaviləsinə qarşılıqlı razılaşma yolu ilə xitam verilib.

Xatırladaq ki, qış fasiləsi zamanı Azərbaycanı tərk edən haitili yarımmüdafiəçi komandanın düşərgəsinə gec qoşulduğu, qış hazırlığını buraxdığı üçün klub tərəfindən cəzalandırılaraq əvəzedici heyətə göndərilmiş və cərimə olunmuşdu.

Qeyd edək ki, D.Gerye 2017 - 2019-cu illərdə "Qarabağ"da çıxış edib. 32 yaşlı oyunçu 2019-cu ilin yayında "Neftçi"yə transfer olunmuş və 2020-ci ilin iyununda oradan ayrılmışdı. Ötən ilin yayında yenidən "Qarabağ" keçən futbolçunun müqaviləsi 2021-ci ilin iyununa qədər idi.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı