"Növbəti oyunda da sensasiya etməyə çalışacağıq" - Yaşar Vahabzadə

 "Növbəti oyunda da sensasiya etməyə çalışacağıq" -  Yaşar Vahabzadə
ÖLKƏ FUTBOLU 25 Yanvar 2021 / 19:13 3070
-  A +

"Oyunun əvvəlində həyəcan oldu. İkinci hissədə meydanda tamam başqa komanda var idi. Futbolçulardan razı qaldım. Komandamı təbrik edirəm".

Qol.az xəbər verir ki, bu fikirləri "Kəpəz"in baş məşqçisiAzərbaycan kubokunun 1/8 final mərhələsində səfərdə "Sabah"ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

61 yaşlı mütəxəssis bildirib ki, əsas sürprizlər kubok matçında olur: "Qələbə qazandıq, mərhələ adladıq. Növbəti rəqib də Premyer Liqa klubudur, həmin matçda da sensasiya etməyə çalışacağıq".

Qeyd edək ki, "Kəpəz" 1/4 finalda "Keşlə" ilə üz-üzə gələcək. Bu raundun ilk matçları 1-2 fevralda, cavab görüşləri isə 6-7 fevralda keçiriləcək. İlk oyun "ASK Arena"da, cavab görüşü isə Gəncə şəhər stadionunda olacaq (Report).

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord