Mourinyo Beylə oyunlarda niyə az şans verir? - Açıqlama

Mourinyo Beylə oyunlarda niyə az şans verir? - Açıqlama
DÜNYA FUTBOLU 25 Yanvar 2021 / 11:52 2086
-  A +

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo komandanın futbolçusu Qaret Beylə az şans verməsinin səbəbi haqda danışıb.

Qol.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bununla bağlı "Reuters"ə açıqlamasında deyib:

“Futbolçulara bu şəkildə vaxt verə bilmərəm. Qaretin son bir neçə mövsümdə problem yaşadığını bilirik. İndi onun stabil və səmərəli məşq etməsi vacibdir. Bir futbolçu mütəmadi olaraq məşq etdikdə, o zaman matçlara hazırdır. Meydanda belə dəqiqə qazanır. Beyl həqiqətən bir həftəlik məşqdə məhsuldar olduğunu hiss etdikdə oynayacaq".

Qeyd edək ki, Beyl 2020-ci ilin sentyabrında "Real"dan "Tottenhem"ə icarə əsasında keçdikdən sonra Premyer Liqada cəmi 4 oyun keçirib və 1 qol vurub.


Son xəbərlər