“Xəzər-Lənkəran”ın transferə çıxardığı Füzuli Məmmədov Qol.Az-a açıqlama verib. Deyib ki, onu yeni baş məşqçi İqor Ponomaryovun oynatmaq fikri olmayıb: «Türkiyə toplanışı zamanı bunu hiss etdim. Heç yoxma görüşlərində də mənə şans vermirdi, qaldı ki çempionat oyunlarına. Buna görə özüm dedim ki, əgər məni oynatmaq fikrin yoxdursa, onda transferə çıxar, gedib özümə klub tapım. Çünki mənim yaşımın elə vaxtı deyil ki, oturub gələn ili gözləyəm”. Hələ ki, heç bir klubdan təklif almadığını deyən F.Məmmədov «Xəzər-Lənkəran»ın ona problem yaratmayacağına ümid edir: “Təklif hələ ki, yoxdur. Əlbəttə, hazırkı vəziyyətdə klub tapmaq da çətindir. Hamı Antalyadan gəlib və heyətini komplektləşdirib. İndi görək neyləyəcəyik. O ki qaldı Lənkəran klubu ilə müqavilə məsələmə, bəli, onlarla 5 aylıq müqaviləm var. Amma inanıram ki, yeni klubla anlaşası olsam, “Xəzər-Lənkəran” keçidimə problem yaratmayacaq”.
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi