Tofiq Bəhramovun ingilslərə bəxş etdiyi medal satılır

XƏBƏR 15 Sentyabr 2010 / 18:32 2363
-  A +

Futbol üzrə İngiltərə yığmasının sabiq üzvü Nobbi Staylz 1966-cı ildə qazandığı Dünya çempionatının qızıl medalını hərraca çıxarmaq qərarına gəlib. ANS PRESS-in məlumatına görə, 68 yaşlı qocaman futbolçu hərraca ümumilikdə 45 adda əşya çıxarmaq niyyətindədir.
Bunların arasında 1968-ci ildə futbolçunun Çempionlar Liqasının finalında "Benfika" klubuna qarşı geyindiyi "Mançester Yunayted"in idman geyimi də var. Staylzın Dünya çempionatında əldə etdiyi qızıl medalın hərracda ilkin dəyərinin 100-150 min funt sterlinq olacağı proqnozlaşdırılır.
Xatırladaq ki, Nobbi Staylzın də heyətində yer aldığı İngiltərə yığması 1966 Dünya çempionatının final qarşılaşmasının əlavə vaxtında Almaniya kollektivini 4:2 hesabı ilə məğlub etmişdi. Həmin məşhur qarşılaşmanın yan xətt hakimlərindən biri həmyerlimiz Tofiq Bəhramov olmuşdu. O, əlava vaxtda vurulan mübahisəli qolu qeydə almaqla ingilislərin çempionluğuna töhvə vermişdi.


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?