“Fənərbaxça”nın futbolçusu həbs oluna bilər

“Fənərbaxça”nın futbolçusu həbs oluna bilər
XƏBƏR 15 Sentyabr 2010 / 13:53 1917
-  A +

“Fənərbaxça”nın futbolçusu Fabio Biliça vətəni Braziliyaya qayıdan kimi həbs olunacaq. Qol.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, buna səbəb onun keçmiş həyat yoldaşının müdafiəçini məhkəməyə verməsidir. Səbəb isə Fabionun qızına verməli olduğu alimenti hələ də ödəməməsi göstərilir. 
Qeyd edək ki, 2009-cu ildə yeni il bayramını qeyd etmək üçün ölkəsinə gedən Fabio Biliça hava limanında həbs olunmuşdu. Lakin sonradan onu sərbəst buraxmışdılar.


Dünya Çempionatı 2026
Son xəbərlər
16.07.26  12:19

Tarixdə ilk

topaz banner