Unibank Premyer Liqasının son qalibi, ölkə çempionu "İnter"in hücumçusu Rövşən Əmiraslanov paytaxt klubunun rəsmi saytına müsahibə verib. Qol.Az həmin müsahibə ilə sizi də tanış edir:
- Rövşən, “Xəzər Lənkəran”la oyunda zədə aldın. Bərpa prosesi necə keçir?
- Bəli, zədə aldım. 10 gün, ümumiyyətlə, məşq etmədim. Ancaq tez sağaldım və artıq 3 gündür komandayla birlikdə məşq edirəm.
- Sən adi oyun epizodunda zədə aldın...
- Bəli, hər şey adi epizodda baş verdi. Ümumiyyətlə, nə baş verdiyini anlamadım.
- “Qarabağ”la son oyun barəsində nə deyərdin?
- Biz yaxşı futbol sərgilədik, “Qarabağ”ı üstələdik. Nədəsə bəxtimiz gətirdi, lakin ümumilikdə biz güclü idik və haqlı olaraq qalib gəldik.
- İndi sizi Qəbələyə səfər gözləyir. Qarşıdakı oyun barədə nə fikirləşirsən?
- Biz bütün rəqiblərimizə turnir cədvəlindəki vəziyyətdən asılı olmayaraq eynilə ciddi yanaşırıq. “Qəbələ” bu il hissolunacaq dərəcədə güclənib, komandaya bir çox güclü, yüksək səviyyəli futbolçular cəlb olunub. Komandaya tanınmış mütəxəssis Toni Adams rəhbərlik edir. Onlar öz meydanlarında oynayacaqlar və bu onlar üçün əlavə stimul olacaq. Axı, “Qəbələ” azarkeşlərini sevindirməyə can atacaq. Lakin ümid edirəm ki, biz qalib gələcəyik və növbəti üç xalı qazanacağıq.
- Meydana çıxmağa hazırsan?
- Dəqiq bilmirəm, bunu baş məşqçidən və həkimlərdən soruşmaq lazımdır. Əgər həkimlər icazə versələr, baş məşqçi də meydana çıxmağımı düzgün hesab edərsə, o zaman mən hazıram!
- Almaniya - Azərbaycan qarşılaşması barədə nə deyərdin?
- Nə deyə bilərəm? Komandamız oyun göstərə bilmədi.
- Digər azərbaycanlı futbolçular kimi, sən də millidə oynamağa ümid edirsən...
- Bəli, bu, mənim arzumdur. Mən Azərbaycanın gənclərdən ibarət bütün milli komandalarında çıxış etmişəm və ölkənin əsas komandasına dəvəti səbrsizliklə gözləyirəm. Əgər məni nə vaxtsa milliyə çağırsalar, özümü göstərmək üçün əlimdən gələni edərəm.
- “İnter”in çempionatdakı perspektivi barədə nə deyərdin?
- “İnter”in uğurları göz qabağındadır. Komanda altı ildir fəaliyyət göstərir, lakin bu müddət ərzində iki dəfə çempion olmağı və gümüş medal qazanmağı bacarıb. “İnter” bu il də çempionluğa ən layiqli namizədlərdən biridir. Komanda Kaxaber Sxadadzenin baş məşqçi postuna gəlişindən sonra çox dəyişib, o komandanın oyun üslubunu Avropa tərzinə uyğun kökündən dəyişdirib. İndi komanda mobil və dinamik futbol sərgiləyir. Hər oyunda biz yalnız qələbəyə oynayırıq.
- Əsas rəqiblərdən hansı komandanı qeyd edərdin?
- Əsas rəqiblərimizin “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ” və “Bakı” komandalarının olduğunu desəm, Amerika kəşf etmərəm. Bütün bu klublar yalnız çempionluq uğrunda mübarizə aparırlar. Lakin sonda çempionluq ən yaxşı komandaya nəsib olur. Bu, o deməkdir ki, indiki çempionatda görünməmiş rəqabət var. Bundan başqa, digər klubları da, elə “Qəbələ”ni də hesabdan silmək olmaz.
- Karyerana başlayanda belə bir güclü çempionat olacağını ehtimal etmişdin?
- Bu barədə düşünməmişdim, lakin o zaman artıq görünürdü ki, futbol inkişaf edir. Azərbaycan birinciliyində çıxış edən və Qəhraman Əliyevin çalışdırdığı “Şəmkir” komandasının heyətində oynadığım zaman cəmi 16 yaşım vardı. O vaxt Vidadi Rzayev və Mahmud Qurbanov kimi futbolçular oynayırdılar. Onlardan çox şey öyrənmişəm. Onlar mənə çox faydalı məsləhət verirdilər, deyirdilər ki, ilk növbədə özümə qarşı tələbkar olmalıyam. Uğura nail olmaq üçün çox məşq etməyimi vurğulayırdılar. Onlar mənə doğru yol göstərdilər və buna görə minnətdaram. Xoşbəxtəm ki, hazırda “İnter” komandasında çıxış edirəm, bu komanda uğrunda mübarizə aparmaq çox xoşuma gəlir.
- Hansı futbol üslubundan xoşun gəlir?
- İspan futbolundan çox xoşum gəlir. İspaniya yığması və “Barselona” qeyri-adi futbol sərgiləyirlər, onların çox yüksək texnikaları var. Lionel Messini çox bəyənirəm, o, mənə Dieqo Maradonanı xatırladır. Belə futbolçular təkbaşına istənilən matçın taleyini həll etməyə qadirdilər. Onun möhtəşəm driblinqi və qeyri-adi oyun manerası var.
- Yeri gəlmişkən, sentyabrın 14-də Çempionlar Liqasının qrup mərhələsinin oyunları başladı. Necə düşünürsən, nə zamansa bizim komandalar da qrup mərhələsinə düşə biləcəklərmi?
- İnanıram ki, bu baş verəcək, özü də tezliklə. Bu il Avropa Liqasının qrup mərhələsinə düşməyə “Qarabağ” çox yaxın oldu. Biz də “Lex”lə pis oynamadıq, daha irəliyə gedə də bilərdik. Sadəcə, özünə inanmaq lazımdır, axı, rəqiblər də bizim kimi futbolçulardır. Heç nədən qorxmaq lazım deyil.
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır
Argentina dünya çempionatı bitənə qədər cəzalandırılmayacaq
15 yaşlı qazaxıstanlı futbolçu “Barselona”da
“Zirə” - “Torpedo” matçının heyətləri açıqlandı
"Arsenal" ən məhsuldar oyunçunu hədəfə aldı
FİFA-dan DÇ-2026 finalı ilə bağlı yeni plan
Kukurelladan mundialla bağlı maraqlı vəd
Tuxel qalır, yoxsa gedir?
"Kəpəz"dən növbəti transfer
Mariana Vasilevaya yeni vəzifə verildi - Şəkil
Messi: "Əgər İngiltərəyə uduzsaydıq..."
"Araz-Naxçıvan"da yeni hücumçu
DÇ-də siyasi banner qalmaqalı: Argentina cəzalandırıla bilər
"Sumqayıt" - "Qəbələ" oyununun vaxtı dəyişdirildi
“Qarabağ”ın oyununun yayımı sual altında - Açıqlama
"Şamaxı" gürcüstanlı futbolçu transfer etdi
Tuxel: "Heç nəyə görə peşman deyiləm"
Tarixdə ilk
Azərbaycan millisi İngiltərəyə qalib gəldi
Bellingem rəqibin başına qapaz vurdu - Video
"İmişli" klubunun yeni loqosu təqdim olunub
Azərbaycan Premyer Liqa klubu onunla yolları ayırdı
Argentinanın qələbəsi, İngiltərənin vidası - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir