“Neftçi” – “Muğan” oyununun başlama saatı da dəyişdirildi

XƏBƏR 12 Sentyabr 2010 / 21:32 1965
-  A +

Unibank Premyer Liqasının 5-ci turunun son matçının vaxtı dəqiqləşib. Qol.Az-ın məlumatına görə, sentyabrın 14-də baş tutacaq “Neftçi” – “Muğan” matçının başlama saatı da dəyişdirilib. Məlum olduğu kimi, bu qarşılaşma sentyabrın 11-də keçirilməli olsa da, güclü leysan yağışları ucbatından təxirə salınmışdı. Nəticədə sentyabrın 14-ə ertələnən qarşılaşma saat 19:00-da başlayacaq. Halbuki, ayın 11-də keçirilməli olan matçın həmin gün saat 20:00-da başlaması nəzərdə tutulmuşdu. Matç əvvəlcədən planlaşdırıldığı kimi Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.

Daha çox


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?