“Bakılı” cari mövsümdə ilk qələbəsini qazandı

“Bakılı” cari mövsümdə ilk qələbəsini qazandı
XƏBƏR 12 Sentyabr 2010 / 19:43 2105
-  A +

Bu gün futbol üzrə ölkə çempionatının birinci divizionunda 2-ci turun daha iki oyunu keçirilmişdir. Qol.Az-ın məlumatına görə, Şəmkirdə eyniadlı komanda Qusarın "Şahdağ" klubunu qəbul edib. Maraqlı idman mübarizəsi şəraitində keçən oyun qolsuz heç-heçə ilə başa çatıb. Günün digər oyununda isə "Bakılı" Qazaxın "Göyəzən" komandasını qəbul edib və 3:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, birinci divizionun 2-ci turuna bazar ertəsi keçiriləcək iki oyunla yekun vurulacaq. "Neftçi" İSM Mingəçevirin "Energetik", "Rəvan" isə Sumqayıt şəhərinin eyniadlı komandasını qəbul edəcək.

Birinci divizion
2-ci tur
12 sentyabr

“Şəmkir” – “Şahdağ” – 0:0

“Bakılı” – “Göyəzən” – 3:0
Qollar: Əsgər Abbasov, 5. Siyavuş Quluzadə, 40. Fuad Əliyev, 61.


Dünya Çempionatı 2026
Son xəbərlər
16.07.26  12:19

Tarixdə ilk

topaz banner