“Beşiktaş”da Kuarejma şoku

“Beşiktaş”da  Kuarejma şoku
XƏBƏR 10 Sentyabr 2010 / 16:01 4867
-  A +

Portuqaliya yığma komandasının AÇ-2012 seçmə mərhələsi çərçivəsində Kipr və Norveçlə qarşılaşmalarında forma geyən “Beşiktaş”ın ulduz futbolçusu Rikardo Kuarejmanın milli komandanın düşərgəsindən zədəli döndüyü açıqlanıb. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Kuarejma Norveç ilə səfər matçında sol ayaq baldırından ciddi zədə alıb. “Qara qartallar” “Ankaragücü” ilə matçda və  gələn həftə baş tutacaq Avroliqa qarşılaşmasında potuqaliyalı ulduzun  xidmətindən  istifadə edə bilməyəcəklər. Verilən məlumatlarda bildirilir ki, həkimlər Kuarejmanı Türkiyə Super Liqasının 5-ci həftəsində təşkil ediləcək “Fənərbaxça” – “Beşiktaş” derbisinə kimi hazır etmək istəyirlər.

Daha çox


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?