Karluş Keyruş bu dəfə birdəfəlik qovuldu

Karluş Keyruş bu dəfə birdəfəlik qovuldu
XƏBƏR 10 Sentyabr 2010 / 12:54 2153
-  A +

Portuqaliya Futbol Federasiyası milli komandanın baş məşqçisi Keyruşun müqaviləsini ləğv edib. Qol.Az-ın adı çəkilən qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, daha öncə 6 ay milli komandadan kənarlaşdırılmasına qərar verilmiş Keyruş baş məşqçi postundan uzaqlaşdırılıb. Federasiyanın rəsmi saytında məsələ ilə bağlı bu sözlərə yer verilib : “Portuqaliya Futbol Federasiyasının rəhbər şəxsləri yaşanmış hadisələrdən sonra Keyruşun müqaviləsinin ləğv edilməsinə yekdilliklə  qərar vermişdir. Alınan qərar barədə Keyruş şəxsən məlumatlandırılmışdır”. Keyruşun daha öncə 6 ay milli komandadan kənarlaşdırılmasına səbəb isə milli komandanın məşqi zamanı futbolçuları dopinq yoxlamasından keçirmək istəyən rəsmiləri söyüşlə təhqir etməsi olmuşdu. Məsələ ilə bağlı Portuqaliya mətbuatına açıqlama verən Keyruşun vəkili deyib : “Bu nəticə gözlənilən idi. Ancaq biz hüquqların qorunmamasından narahatıq. Əgər müqavilə təktərəfli olaraq ləğv edilirsə, təzminat verilməlidir. Hökümət tərəfindən də hansısa təzyiqlər ola bilər. Biz buna hazırıq və belə olan halda beynəlxalq qurumlara müraciət edəcəyik. Bu zaman FİFA işə qarışmalıdır”.   

Daha çox


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?