Balotellinin debütü ləngidi

Balotellinin debütü ləngidi
XƏBƏR 10 Sentyabr 2010 / 12:27 2244
-  A +

Yay transfer pəncərəsində  30 milyon avro qarşılığında “İnter”dən “Mançester Siti”yə tranfer edilən Maryo Balotellinin İngiltərə Premyer Liqasında debütü ləngiyib. Qol.Az-ın Mançester klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, gənc ulduz “Timişoara” ilə matçda zədələnib. Qarşılaşmanın son 15 dəqiqəsində meydana daxil olan Balotelli sağ dizinə zərbə alıb. Nəticədə dizində ağrılar hiss edən gənc futbolçu dünən əməliyyat edilib və bu proses uğurlu alınıb. Bununla belə, həkimlər bildirir ki, Balotelli yaşıl meydanlara ən yaxşı halda 6 həftədən sonra qayıda biləcək.

Daha çox


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?