Kazbek Tuayev də Berti Foqtsu kəskin tənqid etdi

Kazbek Tuayev də Berti Foqtsu kəskin tənqid etdi
XƏBƏR 10 Sentyabr 2010 / 12:04 2695
-  A +

AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu Kazbek Tuayev Azərbaycan yığmasının 2012-ci il Avropa çempionatının seçmə mərhələsinin ilk oyununda Almaniya millisinə 1:6 hesablı məğlubiyyətinə sərt reaksiya verib. Qol.Az-ın məlumatına görə, 70 yaşlı mütəxəssis açıqlamasında sentyabrın 7-də Köln şəhərindəki "Reynenerjiştadium"da baş tutan qarşılaşmanın Maştağa və Buzovna komandaları arasında keçirilən məhəllə futbolu matçına bənzədiyini bildirib.
Tuayev millimizin dünya çempionatının bürünc mükafatçılarına qarşı çıxışını biabırçılıq adlandırıb: "Taktika bilinmirdi. Hamılıqla müdafiəyə çəkilmişdilər. Sanki udan bunlar idi. Müdafiəçilər rəqib futbolçunu aldatmağı bilirlər, yoxsa unudublar? Biabırçı çıxış idi, biabırçı! Başda o Foqts-Motqs olmaqla! Bu nə deməkdir? Utanc, biabırçılıqdır! Küçəyə çıxa bilmirəm. Hər görən soruşur ki, nə olub?"
Veteran futbolçunun fikrincə, yığmamızın almaniyalı baş məşqçisi Berti Foqts əsla komandalarımıza kömək etmir və futbolumuzdakı öz üzərinə düşən məsələləri həll etmir. Tuayev bildirib ki, Foqts yalnız millimizi Almaniya ilə oyundan öncə təlim-məşq toplantısına apardığı Baden-Badeni tanıyır: "Ona "Baden-Baden" ləqəbini yaxşı veriblər. Özü Azərbaycanın hesabına kurorta istirahət etməyə gedir, yığmamız isə 1:6 hesabı ilə uduzur. Keçmiş SSRİ respublikalarından Belarus, Moldova, Latviya, Litva, Estoniya, Gürcüstan, Qazaxıstan hansısa inkişafa nail olub. Amma bizim komanda hələ də böyük hesabla uduzur". (lent.az)

Daha çox


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?