Bu gün "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqovun tapşırığı əsasında komandanın futbolçu, məşqçi və texniki heyəti müqəddəs Ramazan bayramı münasibətilə Bakı SOS Uşaq Kəndini ziyarət edib. Qol.Az-ın paytaxt klubunun rəsmi saytına istinadən məlumatına görə, flaqman üzvləri kimsəsiz uşaqlarla görüşərək, onları təbrik edib və hədiyyələr bağışlayıblar. Görüşün əvvəlində "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov çıxış edib: "Klubumuzun prezidenti Sadıq Sadıqovun adından Ramazan bayramı münasibətilə sizləri təbrik edirik. Uşaqları sevindirmək, onlara kömək etmək bizim borcumuzdur. Komandamızda İslam dini ilə yanaşı, digər dinlərə də sitayiş edən legionerlər var. Bununla belə, onların hamısı kimsəsiz uşaqların xoşbəxt gələcəyi üçün dua edirlər". Daha sonra çıxış edən "Neftçi"nin baş məşqçisi Arif Əsədov da uşaqlara xoş arzularını çatdırıb: "Ümid edirəm ki, buranı ziyarət etməyimiz uşaqlarda futbola həvəsi daha da artıracaq və onların peşəkar futbolçu kimi yetişməsinə stimul verəcək". Komanda yoldaşları adından danışan yarımmüdafiəçi Elmar Baxşiyev isə kimsəsiz uşaqları nikbin olmağa çağırıb: "Siz bizim gələcəyimizsiniz. Buna görə də gələcəyə nikbin baxın. İnşallah, Allah hamınıza kömək olacaq!". Həmçinin, flaqmanın əcnəbi futbolçuları da öz fikirlərini bildiriblər. Tədbirə ailəsi ilə birgə qatılan braziliyalı Denis Silva uşaqlara xoşbəxtlik arzulayıb: "Hamınızına xoşbəxt gələcək, yaxşı ailə arzulayıram". Belçikalı hücumçu Emil Mpenza isə uşaqlara şəxsi vəsaitindən kömək etməyə hazır olduğunu bildirib: "Çox yaxşı haldır ki, burada uşaqları gülərüz gördük. Gələcəkdə şəxsi vəsaitimdən kimsəsizlərə yardım etməyə hazıram".
Ardından "Neftçi" rəsmiləri və futbolçuları Bakı SOS Uşaq Kəndinin nəzdində fəaliyyət göstərən "Sülh" komandasının üzvlərinə flaqmanın artibutlarını, eləcə də top, forma bağışlayıblar. Öz növbəsində Bakı SOS Uşaq Kəndinin rəhbərliyi "Neftçi" kollektivinə minnətdarlığını bildirib. "Sülh" komandasının yeniyetmə futbolçuları isə həmişə mavi ekranda futbolçularla görüşdən məmnun qaldıqlarını gizlətməyiblər. Onlar gələcəkdə "Neftçi"nin oyunlarını daha yaxından izləyəcəklərinə və flaqmanı dəstəkləyəcəklərinə söz veriblər.
Azərbaycan millisinin heyətində dəyişiklik
"Üzərimizdə təzyiq var idi, fikir vermədik" - Oruc Məmmədov
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Millətlər Liqasında daha 8 oyun
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə