Ölkə çempionatının birinci dövrəsinin sonlarında zədələnərək uzun müddət meydanlardan kənar qalan «Bakı»nın kapitanı Rafael Əmirbəyov komandanın «Kapfenberq"lə keçirdiyi yoxlama oyununun ikinci hissəsində meydana daxil olub. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Coka Hacıyevski oyundan sonra Rafaelin hələ tam hazır olmadığını, ancaq onun sınaq görüşündə meydana çıxmasından məmnun qaldığını bildirib: "Rafael kimi təcrübəli bir oyunçuya hər zaman ehtiyacımız var. Onun meydanda olması müdafiə xəttimizin daha da güclənməsi anlamına gəlir. İnanıram ki, kapitan ikinci dövrənin startına qədər idman formasını bərpa edərək, komandamızın arxa xəttinin daha etibarlı oynamasını təmin edəcək».
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi