"Xəzər Lənkəran" MOİK-lə oyuna doğma şəhərdə hazırlaşır

XƏBƏR 9 Sentyabr 2010 / 12:34 2133
-  A +

MOİK-lə oyuna hazırlaşan "Xəzər Lənkəran" məşqlərini doğma şəhərdə davam etdirir. Qol.Az-ın məlumatına görə, komanda dünən axşam məşqini Lənkəran Olimpiya Kompleksinin əsas meydançasında keçirib. Ötən günkü məşqdə məşqçilər komandanı ikitərəfli oyunda sınayıb, həmçinin fiziki və taktiki hazırlıqlar yoxlanılıb.
Qeyd edək ki, "Xəzər Lənkəran" - MOİK oyunu sentyabrın 12-də Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək və saat 17.30-da başlayacaq.

Daha çox


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?