"İnter" məşqlərini “Şəfa”da bərpa etdi

XƏBƏR 8 Sentyabr 2010 / 11:37 1723
-  A +

Unibank Premyer Liqasının 5-ci turunda "Qarabağ"la qarşılaşacaq "İnter" məşqlərini bərpa edib. Qol.Az-ın məlumatına görə, əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Türkiyədəki qısa müddətli təlim-məşq toplanışını erkən başa vuran son ölkə çempionu dünən axşam saatlarında oyunun baş tutacağı "Şəfa" stadionunda hazırlıq keçib.
Qeyd edək ki, Unibank Premyer Liqasının 5-ci turunun "İnter" - "Qarabağ" oyunu şənbə günü sentyabrın 11-də keçiriləcək. "Şəfa" stadionunda baş tutacaq qarşılaşmanın başlama saatı 19:00-dır.

Daha çox


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?