Bu gün 21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2011-ci ildə təşkil olunacaq Avropa Çempionatının seçmə mərhələsinə yekun vurulub. Qol.Az-ın məlumatına görə, 10-cu seçmə qrupda qərarlaşan Azərbaycan yığması səfərdə keçirdiyi son oyunda Belarusun qonağı olub. Bir neçə gün öncə doğma divarlar arasında Albaniya üzərində 3:2 hesablı qələbə qazanan Bernard Lippertin komandasından bu dəfə də uğur gözləsək də, ümidlərimiz doğrulmayıb. Qrup liderliyi uğrunda mübarizə aparan meydan sahiblərinə 76 dəqiqə müqavimət göstərən təmsilçimiz qapısında gördüyü yeganə qolla məğlub olub. Nəticədə komandamız qrup sonunculuğundan yaxa qurtara bilməyib. Halbuki, millimizin bu mənada əsas rəqibi Albaniya yığması çıxışını bir neçə gün öncədən başa vurduğundan, bizə Borisovdakı qarşılaşmada ən azı heç-heçə etməklə qazanacağımız 1 xal da kifayət edəcəkdi. Lakin təəssüf ki, Albaniya ilə qarşılaşmada olduğu kimi, Belarusla səfər matçına da aparılan əsas komandamızın üzvləri – Elvin Məmmədovla Cavid Hüseynovun U-21-in heyətindəki son oyunu qənaətbəxş nəticə qazanmaq üçün yetərli olmayıb.
Bu gün yığmamızın yer aldığı qrupda daha bir qarşılaşma keçirilib. Qrup qalibi olmaq uğrunda mübarizə aparan Şotlandiya millisi doğma meydanda Avstriyanı qəbul edib. Hesabda geri düşməsinə baxmayaraq, sonradan hesabı öz xeyirlərinə dəyişə bilən britaniyalılar əzmkar qələbə sayəsində birbaşa AÇ-2011-ə vəsiqə qazanıb.
U-21-lər arasında AÇ-2011-in seçmə mərhələsi
7 sentyabr
Belarus – Azərbaycan – 1:0
Qol: Pavel Nexayçik, 76.
Şotlandiya – Avstriya – 2:1
Qollar: Bannan, 29. Maquayr, 89 – Arnautoviç, 9.
Millimizin yer aldığı qrupun yekun turnir cədvəli:
1. Şotlandiya 8 5 2 1 16-7 17
2.
3. Avstriya 8 4 2 2 17-11 14
4. Albaniya 8 1 1 6 11-20 4
5. Azərbaycan 8 1 1 6 8-19 4
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır
Argentina dünya çempionatı bitənə qədər cəzalandırılmayacaq
15 yaşlı qazaxıstanlı futbolçu “Barselona”da
“Zirə” - “Torpedo” matçının heyətləri açıqlandı
"Arsenal" ən məhsuldar oyunçunu hədəfə aldı
FİFA-dan DÇ-2026 finalı ilə bağlı yeni plan
Kukurelladan mundialla bağlı maraqlı vəd
Tuxel qalır, yoxsa gedir?
"Kəpəz"dən növbəti transfer
Mariana Vasilevaya yeni vəzifə verildi - Şəkil
Messi: "Əgər İngiltərəyə uduzsaydıq..."
"Araz-Naxçıvan"da yeni hücumçu
DÇ-də siyasi banner qalmaqalı: Argentina cəzalandırıla bilər
"Sumqayıt" - "Qəbələ" oyununun vaxtı dəyişdirildi
“Qarabağ”ın oyununun yayımı sual altında - Açıqlama
"Şamaxı" gürcüstanlı futbolçu transfer etdi
Tuxel: "Heç nəyə görə peşman deyiləm"