Ruslan Abışov Almaniyada qalıb, müalicə olunacaq

XƏBƏR 7 Sentyabr 2010 / 17:45 1881
-  A +

Azərbaycan milli komandası AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün Almaniya ilə qarşılaşacaq. Lakin Qol.Az-ın məlumatına görə, yığmanın düşərgəsində yer alan "Neftçi"nin futbolçusu Ruslan Abışov bu qarşılaşmada iştirak edə bilməyəcək. Çünki paytaxt təmsilçisinin və millimizin üzvü zədəlidir. Təcrübəli futbolçunun zədəsini müalicə etdirmək üçün daha bir həftə Almaniyada qalacağı gözlənilir. Bununla əlaqədar AFFA və "Neftçi" rəhbərliyi tərəfindən lazım olan bütün şərait yaradılacaq.


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq