AFFA ən sərt cəzanı Emin Quliyevə kəsdi

AFFA ən sərt cəzanı Emin Quliyevə kəsdi
XƏBƏR 7 Sentyabr 2010 / 12:54 2389
-  A +

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilmişdir. Qol.Az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, iclasda birinci divizion komandaları arasında təşkil olunan ölkə çempionatının 1-ci turunda baş verən olaylar müzakirə olunub və onlara hüquqi qiymət verilib.
"Energetik" – "Ədliyyə" matçında “Ədliyyə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 22-ci dəqiqəsində “Energetik”in futbolçusu Zamir Cəlilov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub. Matçın 6-cı dəqiqəsində “Energetik”in futbolçusu Cavid Məmmədov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
"Göyəzən" – "Rəvan" matçının 42-ci dəqiqəsində “Göyəzən”in futbolçusu Məhəmməd Babayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
"Abşeron" – "Şəmkir" matçının 83-cü dəqiqəsində “Abşeron”un futbolçusu Emin Quliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
"Karvan" – "Neftçi" İSM matçında hər iki komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 100 manat cərimə olunub.
"Sumqayıt" – “MKT-Araz” matçının 75-ci dəqiqəsində “MKT-Araz”ın futbolçusu Elnur Məmmədov əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 90+1-ci dəqiqəsində “Sumqayıt”ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 200 manat cərimə olunub.

Daha çox


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?