Bu gün 21 yaşadək futbolçulardan ibarət yığmalar arasında 2011-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə yekun vurulacaq. Qol.Az-ın məlumatına görə, cari seçmə tsikldə heç də uğurlu çıxışı ilə fərqlənməyən U-21 millimiz seçmə mərhələyə Belarusla səfər oyunuyla yekun vuracaq.
Məlum olduğu kimi, komandamız son oyuna kimi cəmi 1 xala malik idi. Lakin bir neçə gün öncə doğma divarlar arasında Albaniya millisi üzərində qələbə qazanan Bernard Lippertin komandası bununla həm cari seçmə tsikldəki, həm də 9 illik qələbəsizlik seriyasına son qoymuş oldu. Həmin qələbə isə yığmamızı qabaqlayan albanlarla xallarımızı bərabərləşdirməyə yetərli olsa da, qrup sonunculuğundan yaxa qurtarmağımıza imkan vermədi. İndi 21 yaşlılarımızın nəhayət qrup sonunculuğundan çıxmaq üçün son bir şansı var. Nəzərə alsaq ki, albanlar elə millimizlə Bakıdakı oyunla bu seçmə tsiklə tam şəkildə yekun vurdu, deməli, Lippertin komandası hətta heç-heçə etməklə də, bu şansdan yararlana bilər. Ancaq komandamızın Belarusla qarşılaşmada uğur qazanması elə də yüksək qiymətləndirilmir. İlk növbədə ona görə ki, təmsilçimiz bu rəqibi ilə Bakıdakı oyunda belə xal qazana bilməmiş və 2:3 hesablı məğlubiyyətlə barışmışdı. Digər tərəfdən belaruslar hazırda qrup lideri kimi birbaşa AÇ-nin final mərhələsinə yüksəlmək şansına malikdir və onların autsayder rəqibi ilə xal itirmək haqda qətiyyən düşünmədiyi dəqiqdir.
Maraq üçün qeyd edək ki, hər şeyə rəğmən, millimizin səfərdən sərfəli nəticə ilə dönəcəyinə dair müəyyən ümid yeri də var. Məsələ burasındadır ki, Berti Foqtsun əsas komandamızın heyətinə cəlb etdiyi Elvin Məmmədov, Cavid Hüseynov kimi aparıcı oyunçuların 21 yaşlıların düşərgəsində olması, albanlarla oyundakı uğurun davamının gələcəyinə dair ümidlərimizi çoxaltmaya bilməz. Hansı ki, ilk qələbəmizin qazanılmasında da bu futbolçuların az rol oynamadığı şübhəsizdir. Düzdü, Cavidlə Elvinin U-21-in oyunundan sonra əsas millimizin Almaniyadakı düşərgəsinə yollanacağı gözlənilsə də, bu baş vermədi və onlar Belarusa aparılan heyətə də daxil edildi. Yeri gəlmişkən, hər Məmmədovla Hüseynovun artıq U-21 karyerası da Borisovdakı oyunla başa çatmış olacaq. Çünki 1989-cu il təvəllüdlü oyunçuları bundan sonra ancaq əsas komandamızın düşərgəsində görə biləcəyik. Deməli, hər iki futbolçu 21 yaşlıların heyətindəki son qarşılaşmadan qənaətbəxş nəticə və xoş əhval-ruhiyyə ilə ayrılmaq üçün əlindən gələni əsirgəməməlidir.
Qeyd edək ki, Belarusun Borisov şəhərinin mərkəzi stadionunda keçiriləcək Belarus – Azərbaycan oyunu Bakı vaxtı ilə 20:00-da start götürəcək. Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.
U-21-lər arasında AÇ-2011-in seçmə mərhələsi
7 sentyabr
20:00. Belarus – Azərbaycan
Baş hakim: Stavros Tistonis (Yunanıstan)
Borisov. Şəhər stadionu
1. Şotlandiya 7 4 2 1 14-6 14
2. Avstriya 7 4 2 1 16-9 14
3.
4. Albaniya 8 1 1 6 11-20 4
5. Azərbaycan 7 1 1 5 8-18 4
Azərbaycan millisinin heyətində dəyişiklik
"Üzərimizdə təzyiq var idi, fikir vermədik" - Oruc Məmmədov
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu