Dünən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunları keçirildi. Qol.Az-ın məlumatına görə, Azərbaycanın U-21 yığması cari seçmə tsiklin sonuncu ev matçında Albaniya yığmasını qəbul etdi. Millimiz öncə Bəxtiyar Soltanovun sayəsində hesabı açdı. İlk yarının gedişində Mirhüseyn Seyidovun cərimə zərbəsindən və Ruslan Qurbanovun Cavid Hüseynovun ideal ötürməsindən sonra vurulan baxımlı qollar komandamızın qələbəsi üçün yetərli oldu. Albaniya millisinin üzvləri hər hissədə bir dəfə fərqlənməyə imkan tapsa da, bu, onların yenilgidən yaxa qurtarmasına şərait yaratmadı.
Qeyd edək ki, bu qələbə millimizin Avropa çempionatlarının seçmə mərhələlərində uzun fasilədən sonrakı ilk qələbəsi idi. Məsələ burasındadır ki, komandamız AÇ-nin seçmə tsikllərindən son qələbəsini 9 il əvvəl qazanmışdı. 2001-ci il sentyabrın 4-də Bakıda Makedoniyanı məğlub edən millimiz həmin oyundan sonrakı 37 qarşılaşmada rəqiblərini məğlub edə bilməmişdi. Lakin dünən komandamız nəhayət ki, bu uğursuz sindroma son qoya bildi. Lakin təəssüf ki, bu qələbə millimizin qrup sonunculuğundan yaxa qurtarmasına kifayət etmədi. Çünki şəxsi oyunlarda albaniyalılar səfər qoluna görə yığmamızdan üstün olublar. İndi 21 yaşlılarımız sentyabrın 7-də Belarusla Borisovda keçirəcəyi sonuncu qarşılaşmada son pillədən çıxmaq üçün döyüşməli olacaq. Qeyd edək ki, həmin qarşılaşma ilə cari seçmə tsiklə yekun vurulacaq və bu üzdən təmsilçimiz ən azı 1 xal qazanmağa borcludur. Baxmayaraq ki, qrup birinciliyi uğrunda mübarizə aparan belaruslar hazırda liderdirlər və işimiz heç də asan olmayacaq. Millimizlə eyni xala malik olan albanların bu tsiklə artıq yekun vurduqlarını da vurğulayaq.
Millimizin yer aldığı X qrupunda son tur ərəfəsindəki durum:
1.
2. Avstriya 7 4 2 1 16-9 14
3. Şotlandiya 7 4 2 1 14-9 14
4. Albaniya 8 1 1 6 11-20 4
5. Azərbaycan 7 1 1 5 8-18 4
Azərbaycan millisinin heyətində dəyişiklik
"Üzərimizdə təzyiq var idi, fikir vermədik" - Oruc Məmmədov
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu