AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində ilk turun oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, qitə arenalarında 22 qarşılaşma baş tutub ki, onlardan ikisi millimizin də yer aldığı A qrupunda baş tutub. Lakin yığmamızın istirahət etdiyi gecədə rəqiblərinin əldə etdiyi nəticələrlə sizi tanış etdiyimizdən, diqqətinizi digər oyunlara yönəltməli olacağıq.
Qonşu ölkə yığmalarından Ermənistan seçmə tsiklə məğlubiyyətlə start verib. Bədnam qonşularımız İrəvanda İrlandiyaya boyun əyib. Digər qonşumuz Gürcüstan isə çətin Yunanıstan səfərindən xalla dönüb. Gürcülər hətta qələbə qazanmaq imkanına da malik olmasına rəğmən, 3-cü dəqiqədən əldə etdikləri üstünlüyü 72-ci dəqiqədə əldən veriblər. Şimal qonşumuz Rusiya isə qələbə qazanıb. Ruslar səfərdə Andorranı 2:0 hesabı ilə yeniblər.
Son Avropa və dünya çempionu çempionu İspaniya yeni tsiklə darmadağınla başlayıb. İspanlar Lixtenştenyi 4 cavabsız qolla keçiblər. Digər nəhənglərdən İngiltərə də darmadağına sevinib. Britaniyalılar Bolqarıstanı evdə 4:0 hesabı ilə məğlub ediblər.
Gecənin sürpriz nəticəsi Fransada qeydə alınıb. Dünya çempionatındakı boykotdan sonra yığmanın heyətini böyük ölçüdə dəyişən Fransada Zinəddin Zidanı düşərgəyə çağırılması belə işə yaramayıb. Belə ki, fransızlar doğma meydanda Belarusa yeniliblər. Fransanı rusvay edən qola 86-cı dəqiqədə Sergey Kislyak imza atıb.
Daha bir gözlənilməz nəticə Portuqaliyada qeydə alındı. Belə ki, yerli komanda Kiprlə oyunda xal itirdi. 8 qolun vurulduğu qarşılaşmada iki dəfə qonaqlar, iki dəfə isə meydan sahibləri hesabda önə keçsə də, bütün hallarda bərabərlik təmin olundu və matç 4:4 hesabı ilə başa çatdı.
AÇ-2012-nin seçmə mərhələsi
3 sentyabr
B qrupu
Ermənistan – İrlandiya - 0:1
Qol: Keyt Fahey, 76.
Andorra – Rusiya - 0:2
Qollar: Pavel Poqrebnyak, 14; 64-pen.
Slovakiya – Makedoniya - 1:0
Qol: Filip Holosko 90
C qrupu
Farer adaları – Serbiya – 0:3
Qollar: Danko Lazoviç, 14. Deyan Stankoviç, 18. Nikola Jiqiç, 90.
Estoniya – İtaliya – 1:2
Qollar: Sergey Zenyov, 31 - Antonio Kassano, 60. Leonardo Bonuççi, 64.
Sloveniya – Şimali İrlandiya – 0:1
Qol: Korri Evans, 70.
D qrupu
Rumıniya – Albaniya – 1:1
Qollar: Boqdan Stanku, 80 - Qyerxiç Muzaka, 87.
Lüksemburq – Bosniya və Herseqovina – 0:3
Qollar: Senayad İbriçiç, 6. Miralem Pyaniç, 12. Edin Dzeko, 16.
Fransa – Belarus – 0:1
Qol: Sergey Kislyak, 86.
E qrupu
Moldova – Finlandiya - 2:0
Qollar: Aleksandr Suvorov, 69. Anatoli Doroş, 74.
İsveç – Macarıstan - 2:0
Qollar: Pontus Uernblom, 51; 73.
San-Marino – Hollandiya - 0:5
Qollar: Dirk Kuyt, 16-pen. Klaas Han Huntelaar, 38; 48; 67. Ruud van Nistelrooy, 89.
F qrupu
Latviya – Xorvatiya - 0:3
Qollar: Mladen Petriç, 43; İviça Oliç, 51. Dario Srna, 82.
Yunanıstan – Gürcüstan - 1:1
Qollar: Nikos Spiropoulos, 72 - Vladimir Dvalişvili, 3.
G qrupu
Çernoqoriya – Uels - 1:0
Qol: Mirko Vuçiniç, 30.
İngiltərə - Bolqarıstan - 4:0
Qollar: Jermain Defo, 3; 61; 86. Adam Сonson, 83.
H qrupu
İslandiya – Norveç - 1:2
Qollar: Heydar Helquson, 38 - Brede Hanqeland, 59. Mohammed Abdellaou, 75.
Portuqaliya - Kipr - 4:4
Qollar: Hüqo Almeyda, 8. Raul Meyreles, 29. Danni, 51, Manuel Fernandes, 60 - Efstatios Aloneftis, 3. Mixalis Konstantinou, 11. Yiannakis Okkas, 57. Andreas Avraam, 90.
I qrupu
Litva – Şotlandiya – 0:0
Lixtenşteyn – İspaniya - 0:4
Qollar: Fernando Torres, 18; 54. David Vilya, 26. David Silva, 61
Azərbaycan millisinin heyətində dəyişiklik
"Üzərimizdə təzyiq var idi, fikir vermədik" - Oruc Məmmədov
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu