Luçano Mocci: “Yuventus” çempion heyət toplaya bilməyib”

Luçano Mocci: “Yuventus” çempion heyət toplaya bilməyib”
XƏBƏR 3 Sentyabr 2010 / 18:19 2306
-  A +

İtaliyanın “Yuventus” klubunun keçmiş rəsmilərindən olan Luçano Mocci Turin komandasının son transfer pəncərəsində heyətinə qatdığı oyunçular haqqında fikir bildirib. Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, Mocci keçmiş klubunun transfer siyasətini kəskin tənqid edib: “Yuventus” heç də çempionluğa ən böyük namizədlərdən deyil. Çünki onlar bunun üçün lazım olan transferləri gerçəkləşdirə bilmədi. Klubun transfer siyasəti qeyri-müəyyəndir. Keçmiş illərdəki heyətlərin səviyyəsinə heç də uyğun olmayan bir kollektiv yaradıldı. Çempion olmaq istəyirsənsə, daha güclü və səviyyəli oyunçulardan ibarət komanda yaratmalısan”.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner