Legioner həyatı yaşayan futbolçularımızdan olan qapıçı Vitali Kovalyovun şərəfini qoruduğu “Kartalspor”un azarkeşləri komandalarının rəsmi internet saytının olmamasından şikayətçidirlər. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə Bank Asya birinci liqasının digər klublarının rəsmi saytlarının olmasına baxmayaraq, 61 illik tarixə sahib “Kartalspor”un 1 ildir ki, rəsmi internet ünvanının aça bilməməsi azarkeşləri hövsələdən çıxarıb. Yalnız komandanın fanatlarının klub adına açdığı həvəskar saytların mövcudluğu isə nə azarkeşləri, nə də qardaş ölkənin mətbuat nümayəndələrini razı salır. Xatırladaq ki, adı çəkilən klubun rəsmi veb saytı 1 il bundan qabaq xakerlər tərəfindən dağıdılıb və o zamandan bəri bərpa edilməyib. Klub rəhbərliyinin məsələ ilə bağlı heç bir iş görməməsi də azarkeşlərin ciddi etirazına səbəb olan məqamlardandır.
Bu arada Türkiyə mətbuatı dövlətə borcu olan klubların siyahısını açıqlayıb. Bu siyahıda Vitali Kovalyovun komandası “Kartalspor” da var. Görünür, elə bu səbəbdəndir ki, vergi borclarını nəzərə alan klub rəhbərliyi komandanın rəsmi saytını bərpa etməkdən çəkinir. Borclu klubların siyahısına dövlətə 31 milyon 881 min TL vergi borcu olan, bir zamanlar həmyerlilərimiz Romal Hüseynovla Rəşad Sadıqovun da formasını geydiyi “Kocaelispor” başçılıq edir. 2-ci, 3-cü sırada isə müvafiq olaraq “Göztəpə SK” (20 milyon 707 min TL) və “Sakaryaspor” (13 milyon, 767 min TL) dayanır.
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır
Argentina dünya çempionatı bitənə qədər cəzalandırılmayacaq
15 yaşlı qazaxıstanlı futbolçu “Barselona”da
“Zirə” - “Torpedo” matçının heyətləri açıqlandı
"Arsenal" ən məhsuldar oyunçunu hədəfə aldı
FİFA-dan DÇ-2026 finalı ilə bağlı yeni plan
Kukurelladan mundialla bağlı maraqlı vəd
Tuxel qalır, yoxsa gedir?
"Kəpəz"dən növbəti transfer
Mariana Vasilevaya yeni vəzifə verildi - Şəkil
Messi: "Əgər İngiltərəyə uduzsaydıq..."
"Araz-Naxçıvan"da yeni hücumçu
DÇ-də siyasi banner qalmaqalı: Argentina cəzalandırıla bilər