Mihael Fink daha iki il “Beşiktaş”da qalacaq

Mihael Fink daha iki il “Beşiktaş”da qalacaq
XƏBƏR 3 Sentyabr 2010 / 16:54 2148
-  A +

Türkiyənin “Beşiktaş” klubu legioner kontingetini azaltmaq üçün müqaviləsini dondurduğu Mihael Fink ilə bağlı problemi həll edilib. Qol.Az-ın İstanbul klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə “qara qartallar” futbolçu ilə yeni müqavilə imzalayıb: “Futbolçumuz Mihael Finkin klubumuzla 28.07.2009 tarixində bağlanmış və  Türkiyə Futbol Federasiyasına təqdim edilmiş 31.05.2012 tarixində başa çatacak müqaviləsi 09.07.2010-da dondurulmuşdu. Ancaq legioner kontingentinin azalması səbəbi ilə əvvəlki müqavilə ilə eynilik kəsb edən yeni bir sözləşmə imzalanıb və Mihael Finkin adı komandanın futbolçusu kimi TFF-ə təqdim edilib”.
Xatırladaq ki, Fink ötən mövsüm “Beşiktaş” forması ilə 30 matçda çıxış etmiş və 2 qol vurmuşdu.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner