“Bakı”nın Türkiyə klubu “Altay”a icarəyə verdiyi 17 yaşlı futbolçusu Rəhman Hacıyevlə 3 illik razılığa gələn izmirlilər 19 iyun - 1 sentyabr aralığında baş verənlərə etirazlarını bildiriblər. Qol.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, klub rəsmiləri transferin baş tutmamasında Türkiyə Səfirliyi ilə yanaşı, Əmək və Sosial müdafiə Nazirliyini günahkar hesab edirlər.
“Altay” rəhbərliyi azərbaycanlı oyunçu üçün lisenziya ala bilməmələrini böyük təəccüblə qarşıladıqlarını dilə gətiriblər. Hacıyevin “ilan hekayəsi”nə dönən və “Altay”lıları üsyan etmək həddinə çatdıran hadisələri qardaş ölkə mətbuatı xüsusi xronologiya ilə dərc ediblər. Həmin yazı ilə sizi də tanış edirik: “İyunun 19-da İzmirə dəvət edilən Rəhman ayın 21-də komanda ilə birlikdə Qaraburundakı məşqlərdə iştirak edib. Onun oyununu bəyənən klub prezidenti Ahmet Taşpınar iyulun 4-də Bakıya gəlib və Rəhmanın klubu “Bakı” ilə 3 illik razılıq əldə edib. Oyunçunun 18 yaşı tamam olmadığından qanunlara uyğun olaraq atası Rəhim Hacıyev İzmirə dəvət edilib. İyulun 15-də ölkədə işləmək hüququ əldə etmək üçün əlaqədar qurumlara baş çəkən Rəhim Hacıyev 2 gün sonra Bakıya qayıdıb və Türkiyədə işləmək üçün buradakı Türkiyə Səfirliyinə müraciət edib. Ancaq səfirlikdəki proses, nə qədər təəccüblü olsa da, 15 gündən çox çəkib. Türkiyə səfirliyindən avqust ayının 2-də sənədi təhvil alan “Altay” rəsmiləri 3 avqustda Əmək və Sosial müdafiə Nazirliyinə müraciət edib. Ancaq burada da işlər dolaşığa salınıb və rəhbərlik get-gələ düşüb. Klub prezidentinin hadisələrə görə çox məyus olduğu bildirilir. Onun bu barədə açıqlaması belə olub:
“Nazirlikdə “Bu gün get, sabah gəl” şəklində işi uzatdılar və proses transfer pəncərəsinin son gününə qədər davam etdi. İşləmək üçün icazənin alınmaması hadidələri o yerə çatdırdı ki, FİFA-ya müraciətə və prosedurun TFF nəzdində aparılmasına baxmayaraq, nəticə ürəyaçan olmadı. Türkiyə Səfirliyi və Əmək və Sosial müdafiə Nazirliyinin ucbatından gələcəyin ulduzu olacağına inandığımız bir oyunçudan bir il yararlana bilməyəcəyik. Eyni hadisə böyük klublardan və ya güclü Anadolu komandalarından birinin başına gəlsə idi, onların buna reaksiyası necə olardı?! Mənə çox maraqlıdır”.
Azərbaycan millisinin heyətində dəyişiklik
"Üzərimizdə təzyiq var idi, fikir vermədik" - Oruc Məmmədov
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu