UEFA Avropa Liqasının və Avropa Superkubokunun sonuncu qalibi olan Madrid “Atletiko”sunun prezidenti Enrike Kerezo təmsil etdikləri şəhərin digər klubunda – “Real”da forma geyən portuqaliyalı Kristiano Ronaldo haqda maraqlı açıqlama verib. Qol.Az-ın məlumatına görə, o, əzəli rəqibləri olan “Real”ın portəgiz ulduzuna sataşıb: “Kristianonun komandamda oynamasını istəmərəm. Onun bizim komandada yeri yoxdur. Ronaldonu ancaq Madrid “Real”ında görmək istəyə bilərəm”.
Kerezo yeni mövsümdə də komandasına inandığını söyləyib. La Liqadakı ilk oyununda “Sportinq” üzərində 4-0 hesablı qələbədən sonra Kerezo yerli qəzetlərdən birinə verdiyi müsahibədə komandasını və baş məşqçi Sançez Floresi tərifləyib: “Baş məşqçimiz çox yaxşı işləyir və əla kollektiv yaradıb. Sançez Floresin rəhbərliyi altında futbolçularımız bu il də böyük uğurlara imza atacaq. Ötən mövsüm olduğu kimi biz finala çıxmaqla kifayətlənməməli və kuboklar qazanmalıyıq”.
Enrike, Mareska, Flik...
Qallaher, yoxsa Neves?
"Arsenal" Fransa klubunda çıxış edən futbolçuya göz dikdi
Komandasını tribunada təkbaşına dəstəklədi
"Barselona"nın müdafiəçisi zədələndi
"Liverpul" İsakdan narahatdır
“Araz-Naxçıvan”ın qələbəsindən - Video
"Qarabağ"ın rəqibinin hücumçusu klubdan ayrılmağa hazırlaşır
"Atletiko" səfərdə inamlı qələbə qazandı
"Əzmkar qələbə qazandıq" - Elmar Baxşıyev
"Bu qədər qol epizodu ilə qalib gələ bilmədiyimiz oyunu xatırlamıram" - Ayxan Abbasov
Türkiyə klubundan istefa xəbəri gəldi
"Qarabağ" "Qəbələyə", "Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
"Qəbələ" - "Qarabağ" matçındakı 3 qol - Video
PSV-dən yeni rekord
"Barselona"nın futbolçusu sıradan çıxdı