“Simurq”da növbəti kadr dəyişikliyi

XƏBƏR 2 Sentyabr 2010 / 17:52 2070
-  A +

"Simurq" Peşəkar Futbol Klubunda növbəti kadr dəyişikliyi baş verib. Qol.Az-ın Zaqatala klubunun rəsmi saytına istinadən məlumatına görə, mətbuat xidmətinin rəhbəri Rüstəm Bağırov klubu tərk edib. 2008-ci ilin fevralından bu vəzifəni tutan Bağırov sentyabrın 1-də öz istəyi ilə bu postdan ayrılıb. Bu gündən etibarən həmin vəzifəni İnqilab Bədəlov tutacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner