İki həftə ərzində Belçikanın "Anderlext" klubunda təcrübə keçən «Bakı»nı futbolçuları - hücumçu Bəxtiyar Soltanov və qapıçı Aqil Məmmədov geri dönüblər. Qol.Az-ın məlumatına görə, yanvarın 30-da gecə saatlarında Antalyaya gələn gənc futbolçular «Bakı»nın düşərgəsinə qoşulublar.
Bəxtiyar və Aqil «Bakı»nın saytına verdiyi müsahibədə Brüssel səfəri ilə bağlı təəssüratlarını bölüşüblər.
Bəxtiyar Soltanov: «Əvvəlcə onu deyim ki, "Anderlext"ə təcrübə keçməyə gedəcəyimi eşidəndə hədsiz dərəcədə sevindim. Avropalı həmyaşıdlarımızın hazırlıq prosesini izləmək və səviyyəmizi göstərmək baxımından unikal imkan əldə etmişdik. Brüsselə gələr-gəlməz, məşqlərə qatıldıq. Dərhal diqqətimi çəkən o oldu ki, "Anderlext"li futbolçular çox sürətlidirlər. Onların topla rəftarı məni heyran qoydu. Taktiki baxımdan olduqca ağıllı futbol oynayırlar. Müdafiədən hücuma keçid ani baş verir, oyun boyu pressinq tətbiq edir, rəqibə göz açmağa imkan vermirlər. Mən də əlimdən gələni edirdim ki, Azərbaycan futbolunun səviyyəsini nümayiş etdirim və xoş təsir bağışlayım. Əvvəlcədən qeyd edim ki, bunu bacardığım üçün özümü xoşbəxt hiss edirəm.
Artıq ilk məşqlərdən sonra gənclər komandasının məşqçisi Valem Yohan məni yanına çağıraraq futbola neçə yaşında başladığımı, məşqçilərimin kimliyini, Azərbaycan U-21 milli komandası heyətində keçirdiyim oyunlar barədə suallar verdi. Məşqçi yaxşı təsir bağışladığımı və mənə rəsmi oyunda şans verəcəyini söylədi. Düzünü desəm, bu xəbər məni olduqca həyəcanlandırdı. Məşqlərdə tam güclə çalışaraq səbirsizliklə oyun gününü gözləməyə başladım. Nahayət, həmin gün gəldi. Rəqibimiz ikinci sırada yer alan "Brügge" klubu idi. Oyun "Anderlext"in böyük ustünlüyü ilə keçdi. Mən ikinci hissədə, daha dəqiq desəm, 60-cı dəqiqədə meydana çıxdım. Fərqlənmək üçün imkan da əldə etdim, təəssüf ki, qol vura bilmədim. Oyundan sonra məşqçi bütün oyunçulara, o cümlədən mənə də təşəkkürünü bildirdi».
Aqil Məmmədov: «Bəxtiyarın dedikləri ilə tamamilə razıyam. "Anderlext" super klubdur, Belçika çempionatı isə öz səviyyəsi ilə seçilir. Mənim marağıma səbəb o oldu ki, qapıçılar topla çox inamlı oynayırlar. Hətta deyərdim ki, bu baxımdan sahə oyunçularından geri qalmirlar. Belə başa düşürəm ki, yaxşı qapıçı kimi formalaşmaq üçün tək cərimə meydanında uğurlu oynamaq kifayət deyil. Qapıçı meydanın istənilən hissəsində inamlı oynamağı bacarmalıdır. Məşqçimiz əvvəl mənə sadə təmrinlər verirdi. Ancaq bir neşə məşqimizi izlədikdən sonra hazırlığımdan razı qaldığını bildirdi. Bundan sonra ikitərəfli oyunlarda çərçivəni mənə etibar edirdi. Zənnimcə, oyunumdan razı qaldı. Tez-tez mənə yaxınlaşır, xoş sözlər deyir, məni ruhlandırırdı. Bu səfər zamanı Avropa futbolunun səviyyəsini daxildən görmək imkanımız oldu. Hesab edirəm ki, işə professional yanaşma və oyun komponentləri baxımından əvəzsiz təcrübə əldə etdik. Vətənə dönəndə daha əzmkarlıqla çalışıb əsı peşəkar kimi püxtələşmək naminə yorulmadan işləyəcəyik.
Bu səfərin təşkili üçün "Bakı" klubunun baş meneceri Zeynal Məmmədov və vitse-prezident Tunc Avşara təşəkkür edirik. Söz veririk ki, bizə göstərilən bu yüksək etimadı öz oyunumuzla doğruldacağıq».
“Milan”dan darmadağın, “Bayer”dən 4 qol
"Trabzonspor"dan qələbə, Zamiqin komandasından heç-heçə
Vüsal İsgəndərlinin komandası xal itirdi
“Beşiktaş”ın hücumçusu qol vurdu, tənqid olundu
İspaniya nəhəngləri “Tottenhem”in ulduzuna göz dikdi
Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - Video
FİFA-nın vitse-prezidentindən İnfantinoya sərt mesaj
"Səbail", "Xankəndi" və "Şimal"dan qələbə
Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü
Elvin Cəfərquliyev fərdi fiziki məşqlərə başlayıb - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Danimarka millisinin sabiq baş məşqçisi vəfat etdi
Rafinya qayıtdı
Lautaro Martines zədələndi
Haaland ÇL-də Messiyə məxsus 2 rekordu yenilədi
İsmail Kartal: "Belə nəticə qəbulolunmazdır"
U-23 minifutbol millimiz dünya çempionatının pley-offunda
20 saniyəyə vurulan penaltinin biabırçı sonluğu - Video
“Sabah”ın futbolçusunun milliyə yolu açılırmı?
Bugünkü oyunları yayımlayacaq kanallar
A seriyası klubunda yeni baş məşqçi
Konfrans Liqasında Liqa mərhələsi başlayır
Mourinyo İspaniya Futbol Federasiyasını günahlandırdı
“Neftçi” klubu öz veteranlarına hörmət etmir” – Mircavadov
Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular
ÇL oyunu öncəsi möhtəşəm mənzərə - Şimal şəfəqi
Çempionlar Liqası tarixində hələ bu qədər qol vurulmamışdı
"Qarabağ" - "Neftçi" matçı ona tapşırıldı
Azərbaycan güləşçisi dünya çempionatının finalında
"Aston Villa" "Fənərbaxça"ya 6 qolu belə vurdu - Video
Avropa Liqasında 18 oyun
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?
Riyad Mahrezin yeni klubu bilindi
“Sabah”ın qapıçısı Çempionlar Liqasında TOP-5-likdə
“Fənərbaxça” 0:6 hesablı məğlubiyyətə layiq deyildi” - Emeri
Arda Turanın Çempionlar Liqasında ilk zəfəri! - Video
“Sabah” 2-ci turu neçənci yerdə başa vurdu?
"Fənərbaxça" darmadağın oldu, PSJ və "Real"dan qələbə
Mbappe Messini geridə qoydu
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi