“İnter”in sabiq əməkdaşı “Bakı”ya keçir

“İnter”in sabiq əməkdaşı “Bakı”ya keçir
XƏBƏR 2 Sentyabr 2010 / 13:53 2061
-  A +

Bakının “İnter” futbol klubunda baş menecerin müavini vəzifəsindən ayrılan Kamran İsmayılovun işsiz günləri başa çatır. Qol.Az-ın Lent.az-a istinadən məlumatına görə, İsmayılov “Bakı” klubuna menecer vəzifəsinə gətirilir.
Hələlik məsələ rəsmiləşməsə də, bu sahədə böyük təcrübəyə malik şəxsin artıq işə başladığı bildirilir. İsmayılovun özü isə Lent.az-a açıqlamasında yalnız 2-3 gündən sonra bu haqda məlumat verə biləcəyini söyləyib.
Qeyd edək ki, Kamran İsmayılov konkret səbəb göstərmədən avqustun əvvəllərində “İnter”i tərk edib.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner