Bir neçə gün öncə millimizin kapitanı Rəşad Sadıqovu rəsmən heyətinə qatan Türkiyənin “Əskişəhərspor” klubunun rəhbərliyi həmyerlimizlə bağlı yanlışlığa yol verib. Qol.Az-ın məlumatına görə, Superliqa təmsilçisinin vitse-prezident Nihat Çuhadar mətbuat katibi Erdal Şahbazla birgə “Atatürk” stadionunda keçirdiyi mətbuat konfransında Rəşadın adını səhv söyləyib: “Cümə günü Boluda təlim-məşq toplanışına başlayacağıq. Burada “Boluspor”la hazırlıq oyunu keçirəcəyik. Komandamıza Azərbaycan yığmasının futbolçusu Fərhad Sadıqovu transfer etdik. Yeni oyunçumuz türkcə bilir. O, əcnəbi futbolçu kontingentinə daxil deyil”.
Qeyd edək ki, Fərhad Rəşadın atasının adıdır və beynəlxalq miqyasda özü ilə yanaşı atasının da adı çəkilir. Görünür məhz bu üzdən Çuhadar həmyerlimizin əsl adını dəqiqləşdirə bilmədiyindən, belə yanlışlığa yol verib. Maraq üçün onu da xatırladaq ki, türklər Rəşadın “Əskişəhərspor”a keçidindən sonra onu yaşını 28 yox, 25 göstərmişdi.
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır
Argentina dünya çempionatı bitənə qədər cəzalandırılmayacaq
15 yaşlı qazaxıstanlı futbolçu “Barselona”da
“Zirə” - “Torpedo” matçının heyətləri açıqlandı
"Arsenal" ən məhsuldar oyunçunu hədəfə aldı
FİFA-dan DÇ-2026 finalı ilə bağlı yeni plan
Kukurelladan mundialla bağlı maraqlı vəd
Tuxel qalır, yoxsa gedir?
"Kəpəz"dən növbəti transfer
Mariana Vasilevaya yeni vəzifə verildi - Şəkil
Messi: "Əgər İngiltərəyə uduzsaydıq..."
"Araz-Naxçıvan"da yeni hücumçu