Millimiz Almaniya ilə oyuna böyük hesablı qələbəylə çıxacaq

XƏBƏR 2 Sentyabr 2010 / 11:39 2166
-  A +

Almaniyada təlim-məşq toplanışında olan yığmamız bu ölkənin millisi ilə rəsmi oyun ərəfəsində yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Qol.Az-ın məlumatına görə, milli komandamızın həvəskarlardan ibarət “SV Rust” klubu olub. Yığmamız zəif rəqibini böyük hesabla məğlub edib. 4:0 hesablı qələbədə Vaqif Cavadov dubl edib, Araz Abdullayevlə Fabio Luis Ramim isə hərəyə bir qol vurublar.
Qeyd edək ki, bu, AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Kölndə Almaniya yığması ilə qarşılaşacaq millimizin son sınağı idi.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner