Almaniya yığması daha bir itki ilə üzləşdi

Almaniya yığması daha bir itki ilə üzləşdi
XƏBƏR 1 Sentyabr 2010 / 18:26 2063
-  A +

AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Almaniya yığması daha bir itki ilə üzləşib. Qol.Az-ın məlumatına görə, “Bayer”in 26 yaşlı hücumçusu Ştefan Kisslinq Bundestimin hazırlıqlarından kənarda qalıb. O, sentyabrın 3-də Belçika, 7-də isə millimizlə qarşılaşacaq komandasının Frankfurtdakı toplanışında məşq edə bilmir. Buna Kisslinqin bel ağrıları imkan vermir. Onun yoxluğunda Bundestim 20 futbolçu ilə hazırlıq keçir.
Qeyd edək ki, milli komandada 6 oyun keçirən Ştefan dünya çempionatının bürünc mükafatçısıdır. O, CAR-da təşkil olunan mundialın 2 qarşılaşmasında sonradan meydana çıxaraq, üst-üstə 24 dəqiqə oynayıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner