Birinci divizionun təqvimi mövsüm başlamamış dəyişdi

Birinci divizionun təqvimi mövsüm başlamamış dəyişdi
XƏBƏR 1 Sentyabr 2010 / 17:50 2032
-  A +

Birinci divizion komandaları arasında təşkil olunan ölkə çempionatının təqvimində ilk dəyişikliyə əl atılıb. Qol.Az-ın məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda aparılan təmir işləri ilə əlaqədar olaraq, "Sumqayıt" və “MKT-Araz” klublarının Peşəkar Futbol Liqasına ünvanladığı qarşılıqlı razılıq məktubuna əsasən birinci turun "Sumqayıt" - MKT "Araz" oyunu 5 sentyabr 2010-cu il tarixindən 4 sentyabr 2010-cu il tarixinə keçirilib. Artıq PFL-in rəsmi saytında qurumun prezidenti Ramin Musayevin bu haqda əmri də dərc olunub.

Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord