“Fənərbaxça” Nigeriya millisinin oyunçusu ilə gücləndi

“Fənərbaxça” Nigeriya millisinin oyunçusu ilə gücləndi
XƏBƏR 1 Sentyabr 2010 / 16:38 1889
-  A +

Türkiyənin “Fənərbaxça” klubu transfer pəncərəsinin bağlanması ərəfəsində heyətini daha bir futbolçuyla gücləndirib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu, “Everton”un təcrübəli nigeriyalı müdafiəçisi Yozef Yobodur. Cənubi Afrika Respublikasında keçirilən son mundilada Nigeriya millisinin heyətində yer alan 30 yaşlı futbolçu “Fənərbaxça”da bu mövsümün sonuna kimi icarə əsasında oynayacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner