“İnter”in yeni transferi Dmitri Kramarenko klubun rəsmi saytına müsahibə verib. Müsahibəni təqdim edirik
- Necə oldu ki, “İnter” komandasına keçdiniz?
- Bu, çoxdan planlaşdırılmışdı - mən “Xəzər Lənkəran” da oynadığım vaxtda. Lakin o zaman klubla qüvvədə olan müqaviləm vardı və bu fakt keçidimi razılaşdırmağa imkan vermirdi. Yayda Ağasəlim Mircavadov istefaya gedəndən sonra yeni məşqçi gəldi və o, özülə Lənkərana vaxtilə Buxarestin “Dinamo” komandasında birlikdə çalışdığı 6-7 futbolçunu, o cümlədən qapıçını gətirdi. O zaman anladım ki, digər klub axtarmalıyam. “İnter”in nümayəndələrilə görüşdük, müqaviləni müzakirə etdik və bütün maliyyə şərtlərini razılaşdırdıq.
- “İnter”ə keçidinizin təşəbbüskarı kim oldu?
- “İnter”in rəhbərliyi və bilavasitə baş məşqçi Kaxaber Sxadadze.
- Sizin Moskva klublarının birində qapıçılarla məşqçi işləmək təklifiniz vardı...
- Bəli, gizlətmirəm. Moskvadan təklif almışdım. Axı, orada mənim mənzilim, ailəm var. Mən razılaşmaq istəyirdim, ancaq ailəmlə məsləhətləşəndən sonra futbolçu karyeramı davam etdirməyə və “İnter”ə keçməyə qərar verdim. Nə qədər ki, gücüm var, oynayacağam!
- Yeni komandaya uyğunlaşma necə keçdi?
- Sentyabr ayında 36 yaşım tamam olacaq. Bu yaşda hansı uyğunlaşmadan danışmaq olar? Məni hamı alicənab adam kimi tanıyır. “İnter”də yaxşı, mehriban kollektiv var.
- “İnter”də çoxlarını səxsən tanıyırsınız?..
- Bəli, tanıyıram. Camal Məmmədovu, Nizami Hacıyevi, Valeri Abramidzeni tanıyıram. Georgi Lomaya yaxşı qapıçıdır. Təbii ki, Kaxaber Sxadadzeni də tanıyıram. Bir də ki, onunla eyni komandada oynamışıq! O zaman mən karyeramın yüksək çağında onunla Moskva “Dinamo”sunda qarşılaşmışdım. Biz birlikdə 2-3 matç oynadıq, sonra o, Almaniyaya getdi.
- “İnter”i necə qiymətləndirirsiniz?
- Yalnız çempionluq gözləyirəm. Ümumiyyətlə, çempionatda prinsipial mübarizə olacaq. Axı, ilk altılıqdakı komandalar çox ciddi kökləniblər və yalnız birinci yer uğrunda oynayacaqlar. Mən “Neftçi”, “Xəzər-Lənkəran”, “Bakı” və “Qarabağ” komandalarının oyun səviyyələrində böyük fərq görmürəm. Hesab edirəm ki, mehriban və güclü kollektivə malik olan komanda qalib gələcək. Həmin komandanın biz olacağına ümid edirəm!
Azərbaycan millisinin heyətində dəyişiklik
"Üzərimizdə təzyiq var idi, fikir vermədik" - Oruc Məmmədov
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu